Azərbaycan türklərinin batı boyuna mənsub olan və tarixdə Ərməniyyə adlı dövləti quran xristian Kıpçaklar ta günümüzə qədər yaşayırlar. Hələ də dillərini qoruya biliblər. Onlar daha çox Gürcüstanda, Yunanıstanda və Ru-
siyada yaşayırlar.
Bu videoda gördükləriniz Gürcüstanın Krıyak qəsəbəsində yaşayırlar, onlara diqqətlə baxsanız görərsiniz ki, onlar daha çox Qax — Şəki — Oğuz rayonunun camaatına daha çox oxşayırlar, axı bu zonalar da Qıpçakdırlar. Amma çox təəssüf ki, Gürcüstan və Yunanıstan höküməti onların yunanlaşdırılması üçün əllərindən gələni edərək yunandilli məktəblər açaraq onları zorla yunanlaşdırırlar. Onların yunan kilsəsinin təsirində olması onların işini çətin vəziyyətə qoyur. Onların musiqiləri eynən Azərbaycan türklərinin musiqilərinə bənzəyir. Onlarda da saz, balaban, nağara var. Yunanlarla gürcülər onların qulağını dolduraraq bildirirlər ki, guya osmanlılar onları zorla türkləşdiriblər.
Təbii ki, bu siyasətin dalında murdar və məkrli Vatikan durur. Baxın və araşdırmama qiymət verin.
Paşa Əsədovun araşdırması
Amma Xəqani müəllim Ərmənlərə daha yaxşı diaqnoz qoyub, gəlin oxuyaq:
» … bu ərazilərə gəlmək üçün haylar Osmanlının türk və türkmənlərə qarşı hörmətsizliyindən, bölgədə qədim tarixi olan Qaraman (Qıpçaq) – Ərməniyyəsinin olduğunu bilirdilər (Bu gün də Qaraman tayfasının ərmənək qolu mövcuddur). Ərəb xilafətinin və digər müsəlmanların sıxışdırdıqları bu xristian türklər hazırda Yunanıstanda Trakiya türkləri, Gürcüstanda yunan (qrek), Şimali Qafqazda Stavropol, Krasnodar və s. ərazilərdə də yunan (qrek) adı ilə tanınan, türk dilində danışan böyük bir toplumdur. Onlar Qaraman — Ərməniyyəsinin əsl sakinləridir və Osmanlının türkə zülmündən qaçıblar. XVI-XVIII əsrlər boyu Anadolunu tam tərk ediblər. Qalan az qisim xristian Qaramanlı — Ərmənlər 1924-cü il mübadiləsində bir səlcuqlu zehniyyətiylə göz yaşları içərisində min illər boyu yaşadıqları torpaqlardan çıxarılaraq Yunanıstana sürüldülər. Üstəlik, ərmənlərin yadigar qalmış əsərlərinə erməni qıpçaqcası adı qoyaraq indi “ad oğrusu haylara” aid etməyə çalışmaqdadırlar.
Haylar bu Osmanlı nadanlığından bicliklə yararlanaraq bir türk tayfasının adını, sonra tarixini, daha sonra isə mövcud olduğu əraziləri oğurlamağa girişdi. Çünki, Səlcuqlu və Osmanlını idarə edənlərin X — XI əsrlərdə gəlmə olduqları baxımından bölgə əhalisinə, 10 min illik yaşam tarixi olan yerli türklərin varlığına qısqanclıqla yanaşırdılar.
Böyük Fateh Sultan Mehmet zamanında İstanbulda yaşayan əhalinin (1477-ci il) siyahıya alınmasını əks etdirən sənədlər Topqapıdadır:
Baxaq:
Müsəlmanlar ………………………… 8951 ailə;
Ortodoks-rum ………………………. 3151 ailə;
Yəhudilər …………………………….. 1647 ailə;
Kəfəli (müvəqqəti gəlib — gedən) … 267 ailə;
Erməni (hay) …………………………. 377 ailə;
Qaraman-erməni …………………… 384 ailə;
Cədvəldən göründüyü kimi, artıq haylar er¬məni adını 1477-ci ildə mənimsəyibmiş, amma hələ qaramanlılarda da saxlanmaqdaymış. Bu gün haylardan bu ad geri alınmalıdır. Bununla da onların yalançı tarixləri, ərazi iddiaları sa¬bun köpüyü kimi dağılar.
Qaraman — Ərmənlərindən günümüzə gəlib çatan “Danişməndilər dastanı” onların türk olduqlarını təsdiqləyən bir kimlikdir. Bu gün Vatikan papalarının və Qərbin saxtakar tarixçilərinin cızdığı cızıqdan kənara çıxmağa cəsarət etməyən Türkiyə və Azərbaycan tarixçiləri bölgədəki ərmən türklərini — xristian qıpçaqları haylarla səhv salıb və məkrli hay oyununda alətə çevriblər.
Azərbaycana tarix quraşdıran ruslar, Os¬manlıya tarix quraşdıran almanlar, fransızların haylara biçdiyi “Erməni tarixi”-ni əsl sahiblərindən oğurlayaraq onlara peş-kəş ediblər. Əsl düşmənlər sərbəst buraxılırkən, saxta Osmanlı — Səfəvi, Azərbaycan -Türkiyə düşmənçiliyinə rəvac veriblər…»
Xaqani Ədəboğlu Kolanı,
«Türkçülükdə «Səlcuqlu» Xəstəliyi» kitabından
Hazırladı: Paşa Əsədov
P.S. Biz Gürcüstanda, Krasnodarda və Stavropolda yaşayan xristian qardaşlarımıza (rumlu, urum, türk dilli grek) qucaq açmalıyıq. Onlardan oğurlanmış Anadoludakı, həmçinin Azərbaycandakı xristianlıq məbədlərini onlara tabe etməliyik. Osmanlının başsız antitürk siyasəti nəticəsində qovulmuş Qıpçak-Oğuz xristianları ilə təcili ilişkilər qurulmalıdır. Onlar buna hazırdılar. Sadəcə bizim dindoşların sayəsində milli təəssüb arxa plana keçib. Gürcüstan xristian rumlu türkləri ilk videolarını atıblar. Bizim aidiyyatlı mərkəzlərimiz yoxdur. Türkiyə isə Ərəb «istehsalı» ilə məşğuldur. Amma nə isə etməmiz lazım.

Sağ ol Paşa bəy! Böyük Türk Övliyası Əhməd Yasəvi kimliyini soruşanlara demişdi: «MƏN TÜRKƏM VƏ MÜSƏLMANAM». Xurafatçılar Böyük Şeyxdə, Peyğəmbərin özündən gələn bir soydan olan Yasəviyə irad bildirincə, o böyük zat belə demişdi: «Mənim milli kimliyimi Allahım verib. Dini isə Peyğəmbərdən aldım. Sizcə, Allah böyükdür, yoxsa Peyğəmbər?»..
Öncə Allahın verdiyi kimliyimizin yanında olaq, sonrasını Allah bilər…(X. Ədəboğlu)
Gürcüstandakı qan qardaşlarımızın bizə ünvanladığı videonu sizlərə təqdim edirik:
