Dəyərli ermənişünas alimimiz İsmayıl Tanrıverdi belə bir paylaşım edib: «Nikol Paşınyana — Arşak Zakaryandan: «Bəsdir meymunluq elədiyin ara, tüpürüm sifətinə, ayıbdır, yerə girəsən…
—Հերիք ա կապիկություն անես, արա, թքեմ երեսիդ, ամոթ ա, գետինը մտի… Արշակ Զաքարյանը՝ Նիկոլ Փաշինյանին:
Erm. da hərbi repartyor A. Zakaryan ölkənin baş naziri N. Paşinyana olmazın təhqiramiz sözlər dedi, bir sözlə — yıxdı sürüdü…
(erməni mətbuatından https://analitik.am/news/view/614904)»

******
Politik.am saytının verdiyi xəbərə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın yanında Baş nazirin müavini Tiqran Avinyan ilə Dərman və Tibb Texnologiyaları Ekspertizası Mərkəzi QSC-nin direktoru, daha çox “Navak Çoçox” ləqəbi ilə tanınan və sosial şəbəkələrin erməni seqmentində aktiv olan Vilen Qabrielyan arasında insident baş verib. Tərəflər spirtli içkili vəziyyətdə mübahisə ediblər. Vilen Qabrielyan Baş nazirin müavini Çoçoxa tərəf stəkan da tolazlayıb.
Bu qamaqal, Nikol Paşinyanın gözü qarşısında baş verib. Baş nazir insidentə son vermək üçün mühafizəçilərdən kömək istəməyə məcbur olub.
Hadisədən dərhal sonra Tiqran Avinyan qəzəbli şəkildə hökumətə məxsus bağ evini tərk edib və artıq bu vəziyyətə dözmək niyyətində olmadığını açıqlayıb.

Politik.am saytı hökumətin bu insidenti təkzib edəcəyinə şübhə etmədiklərini qeyd edib. Amma fakt faktlığında qalır…
*******
Politik.am saytı başqa bir xəbərdə isə, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin ölkədəki problemləri həll etmək iqtidarında olmadığını və Nazirlər Kabinetinin “keyfiyətsiz bir komanda” olduğunu bildirilib.
Saytın yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə Facebookda canlı yayımda Ermənistan cəmiyyəti üçün bir sıra sensasion açıqlamalar verib.
Ermənistan lideri hətta gələn ilin Ermənistan üçün çox pis olacağını deyib: “Cəmiyyətin vəziyyətini yüngülləşdirmək üçün hökumət olaraq əlimizdən heç nə gəlmir. Koronavirus böhranının nə qədər davam edəcəyini kim deyə bilər?
Məsələn, mən bunları deyə bilərəm: «Hesablamalarımız göstərir ki, biz ən azı gələn ilin martına qədər bu böhran içində boğulacağıq. Düşünürəm ki, böhran bir ildən də çox davam edə bilər. Böhran bütövlükdə Ermənistan, hökumətinə, siyasi hakimiyyətə və ən əsas da nüfuzumuza təsir göstərəcək”.

Paşinyan öz xalqını gələcəyə ümidli olmamağa səsləyib.
Müxalif mövqeli Politik.am saytı Paşinyanın bu sözlərini Ermənistan cəmiyyətinə “gələcək addımlar” barədə düşünməyi, yəni hökumətin istefasını tələb etməyi təklif etmək kimi yozub.
Ermənistanın Politik.am saytı isə belə qeyd verib: “Bu anda belə bir bəyanatla çıxış edən hökumət başçısı əslində məsuliyyətdən qaçmağa çalışır, çünki o, bir müddət öncə hər şeyin yaxşı olacağına söz vermişdi. Bundan əlavə, Baş nazir Ermənistan dövlətinin pensiya ödəmək gücünə malik olmayacağı bir vəziyyətin yarana biləcəyini belə istisna etməyib”.
*******

Dava-dalaş parlamentdən də yan ötməyib. «Новости-Армения» verdiyi xəbərə görə, Ermənistan Parlamenti spikerinin müavini Allen Simonyan və müxalif «Adekvad» siyasi partiyasının həmtəsisçisi Artur Danielyan İrəvanda küçədə dalaşıblar.
«İki nəfərlə birgə olan Danielyan mənə xəsarət yetirdi. Mən onlardan birini şəxsən tanıyıram. Gəzinti zamanı qarşılaşdıq. O nalayiq söz işlətdi, sonra dava başlandı. Onun burnu yəqin ki, zədələnib və mənim də bir az damağım».
Simonyan, digər iki nəfərin mübahisəni dayandırmağa çalışdığını söylədi. O, hazırda özünü yaxşı hiss etdiyini və artıq polisə müraciət etdiyini bildirib.
******
Digər bir xəbərə görə, Ermənistanın Politik.am internet saytı Ermənistanın Baş nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Tiqran Avinyanı marixuanadan istifadə məkdə günahlandırıb.

Ermənistanda alınan xbərlər siyasi böhranın qaçılmaz olduğunu göstərməkdədir. İqtisadi böhranla siyasi böhran birgə olduqda ölkədə nələr baş verdiyini siyasi analitiklər yaxşı bilirlər. Çox güman ki, Lavrovun Qarabağla bağlı verdiyi açıqlamalar siyasi prosesləri tezləşdirmək üçün Kremlin bir oyunudur. Məqsəd Sorosun kuklası olan Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq və Rusiya yanlı birini hakimiyyətə gətirməkdir.
Elnur Səlim

