
ELBARİZ Məmmədli
Bağrımızın başında hər dəstə bir KOLON yaradıb. Rus kolonu, fars kolonu, erməni kolonu və.s.
Maraqlıdır, Vətən üçün canını odlara qalayan bu Millət, o kolonların harasındadır? Və hardasa varmı?
Görünən odur ki, nə başında, nə ayağında, nə ortasında yoxdu.Yəni harda olduğunu heç, özü də bilmir. Düşmən erməni cəmiyyətinə nəzər salanda, hiss olunur ki, bizim xəstə təxəyyül sahibi kimi tanıdığımız bu, qaraçı toplumu bütün kolonlardan yüksəkdə dayanıb. Rusiyanın, Fransanın, Amerikanın, İranın qızışdırıcı təhriklərinə baxmayaraq, erməniliyini, erməni xislətini saxlayır. Biz nə işlə məşğuluq?
Bax, burda məsələ bir az fərqlidir. Bizdə ümumi düşünmək anlayışı, ümumiyyətlə yoxdur. Hamımız hər şeyi bilirik, hər kəsdən ağıllıyıq, başqalarını özümüzün fikirlərinə əsir etməyin ustasıyıq. Ola bilsin ki, düşüncələrim kiminsə xoşuna gəlməsin. Bu təbiidir. Hamının eyni cür düşündüyü mühitdə inkişaf olmaz. Amma mən başqa mühüm olan məqamlara toxunmaq istəyirəm. Elə həssas məsələlər var ki, mənəvi borc olduğu üçün onun haqqında fərqli düşünmək olmaz.
Məsələn, şəhid və qazilərə münasibətdə fərqli düşünənləri, onlara qarşı olan haqsızlığa sükutla yanaşanları qınayıram. Eləcə də Vətən savaşında bu xalqın nümayiş etdirdiyi ruha, ortaya qoyduğu qəhrəmanlığa kölgə salanları.
Belə məsələlərdə bölünmək özünə şübhənin və qəsdin əlamətidir. Niyə? Çünki bu xalq son 20-30 ildə özünün inandiğı, güvəndiyi bir ziyalısını, siyasətçisini, yazarını, alimini qorumağı bacarmadığı üçün ortada görmədi. Olanların da əksəriyyəti nəyin uğrunda və niyə mübarizə apardıqlarını bilməyənlərdi. Nəticədə, dediyimiz kolonların ortaya atdığı adamlar, rahat şəkildə Rusiyanın, İranın, hətta ermənilərin maraqlarına xidmət edən fikirlər söyləməkdən çəkinmədilər və bu gün də çəkinmirlər. Cəmiyyətimiz yenə öz ampulasında susmağa üstünlük verir. Alman Adamsın bir sözü var : «Erməninin qulunda da utanmaq hissi yoxdur». Tam dəqiq. Amma belələri bizdə də var axı. Uzun illərdi ki, təyinatla parlamentdə özünə yer eləmiş , rus meyli aşkar ortada olan birisi, deyir ki, Xankəndini ermənilərə verib, Zəngəzur dəhlizinin açılmasını reallaşdırmaq lazımdır. İndi siz deyin, bu fikirdə millətdən, onun şəhid və qazisindən utanmaq hissi varmı?
Bu zat illərdi, guya siyasətlə məşğul olur, fəqət, xalqın istək və arzularına tüpürməkdən çəkinmir. Aydın məsələdir ki, burda erməni anlayışı bir vasitədir. Yəni, Xankəndi üzərində israrla dayanmaq ermənilərin başı və gücü üçün deyil. Adam Azərbaycan parlamentində oturub, Rusiyanın ərazilərimizdə daimi möhkəmlənməsi üçün çabalar göstərir. Ölkənin və xalqın taleyini yad əllərə ötürməyə çalışır. Yüz illərlə rusun gətirdiyi bəlaların caynağında milli varlığını itirmək ağrısı yaşayan bizləri təzədən o cəhənnəmin ağuşuna itələyir. Hazırda Ukrayna ilə işğalçı Rusiya arasında real müharibənin qığılcımları alova çevrilməkdədir. Bunun nə ilə bitəcəyini proqnozlaşdırmaq da çox çətindir. Çünki ABŞ və NATO hərbi kontingentinin Qara dənizə gəlişi rusları əməlli-başlı həyəcanlandırıb. Şübhəsiz ki, sovet dövrü olsaydı, kommunistlər daha kəskin mövqe sərgiləyərdilər. İndi nə o dövlətdən, nə də o gücdən əsər-əlamət yoxdu. Üstəlik nüvə gücünə arxayın olan Rusiyanın iqtisadi durumu ona irimiqyaslı müharibəyə girişmək imkanı vermir.
Daha dəqiq desək, Rusiya özünün varlığını qorumaq uğrunda hər cür namərd oyunlara əl atır. Eynilə Qarabağda olduğu kimi. Və bu yandan da bizdəki kolonlar cəmiyyət daxilində qarşıdurmalara və əsas olan problemlərdən fikri yayındırmağa çalışırlar. Əgər ölkə daxilində bu qədər yad niyyətli qüvvələr varsa, xalq da öz varlığını və dövlətçiliyini qorumaq üçün bir əmil yolunda bütövləşməlidir. Adı nə olursa olsun, istərsiniz lap birinci kolon qoyun. Təki milyonların istək və arzuları bir nöqtədə cəmlənsin. O zaman yadların xidmətçisi olan bu kolonlar sürətlə əriyib, qeybə çəkiləcəkdir. Bağrımızın başında hər dəstə bir KOLON yaradıb. Rus kolonu, fars kolonu, erməni kolonu və.s.
Maraqlıdır, Vətən üçün canını odlara qalayan bu Millət o kolonların harasındadır? Və hardasa varmı? Görünən odur ki, nə başında, nə ayağında, nə ortasında yoxdu.Yəni harda olduğunu heç, özü də bilmir. Düşmən erməni cəmiyyətinə nəzər salanda, hiss olunur ki, bizim xəstə təxəyyül sahibi kimi tanıdığımız bu, qaraçı toplumu bütün kolonlardan yüksəkdə dayanıb. Rusiyanın, Fransanın, Amerikanın, İranın qızışdırıcı təhriklərinə baxmayaraq, erməniliyini, erməni xislətini saxlayır. Biz nə işlə məşğuluq? Bax, burda məsələ bir az fərqlidir. Bizdə ümumi düşünmək anlayışı ümumiyyətlə yoxdur. Hamımız hər şeyi bilirik, hər kəsdən ağıllıyıq, başqalarını özümüzün fikirlərinə əsir etməyin ustasıyıq.
Ola bilsin ki, düşüncələrim kiminsə xoşuna gəlməsin. Bu təbiidir. Hamının eyni cür düşündüyü mühitdə inkişaf olmaz. Amma mən başqa mühüm olan məqamlara toxunmaq istəyirəm. Elə həssas məsələlər var ki, mənəvi borc olduğu üçün onun haqqında fərqli düşünmək olmaz.
Məsələn, şəhid və qazilərə münasibətdə fərqli düşünənləri, onlara qarşı olan haqsızlığa sükutla yanaşanları qınayıram. Eləcə də Vətən savaşında bu xalqın nümayiş etdirdiyi ruha, ortaya qoyduğu qəhrəmanlığa kölgə salanları. Belə məsələlərdə bölünmək özünə şübhənin və qəsdin əlamətidir. Niyə? Çünki bu xalq son 20-30 ildə özünün inandiğı, güvəndiyi bir ziyalısını, siyasətçisini, yazarını, alimini qorumağı bacarmadığı üçün ortada görmədi. Olanların da əksəriyyəti nəyin uğrunda və niyə mübarizə apardıqlarını bilməyənlərdi. Nəticədə, dediyimiz kolonların ortaya atdığı adamlar, rahat şəkildə Rusiyanın, İranın, hətta ermənilərin maraqlarına xidmət edən fikirlər söyləməkdən çəkinmədilər və bu gün də çəkinmirlər.
Cəmiyyətimiz yenə öz ampulasında susmağa üstünlük verir. Alman Adamsın bir sözü var: «Erməninin qulunda da utanmaq hissi yoxdur» Tam dəqiq. Amma belələri bizdə də var axı. Uzun illərdi ki, təyinatla parlamentdə özünə yer eləmiş, rus meyli aşkar ortada olan birisi, deyir ki, Xankəndini ermənilərə verib, Zəngəzur dəhlizinin açılmasını reallaşdırmaq lazımdır. İndi siz deyin, bu fikirdə millətdən, onun Şəhid və qazisindən utanmaq hissi varmı? Bu zat illərdi, guya siyasətlə məşğul olur, fəqət, xalqın istək və arzularına tüpürməkdən çəkinmir. Aydın məsələdir ki, burda erməni anlayışı bir vasitədir.
Yəni, Xankəndi üzərində israrla dayanmaq ermənilərin başı və gücü üçün deyil. Adam Azərbaycan parlamentində oturub, Rusiyanın ərazilərimizdə daimi möhkəmlənməsi üçün çabalar göstərir. Ölkənin və xalqın taleyini yad əllərə ötürməyə çalışır. Yüz illərlə rusun gətirdiyi bəlaların caynağında milli varlığını itirmək ağrısı yaşayan bizləri təzədən o cəhənnəmin ağuşuna itələyir. Hazırda Ukrayna ilə işğalçı Rusiya arasında real müharibənin qığılcımları alova çevrilməkdədir. Bunun nə ilə bitəcəyini proqnozlaşdırmaq da çox çətindir.
Çünki ABŞ və NATO hərbi kontingentinin Qara dənizə gəlişi rusları əməlli-başlı həyəcanlandırıb. Şübhəsiz ki, sovet dövrü olsaydı, kommunistlər daha kəskin mövqe sərgiləyərdilər. İndi nə o dövlətdən, nə də o gücdən əsər-əlamət yoxdu. Üstəlik nüvə gücünə arxayın olan Rusiyanın iqtisadi durumu ona irimiqyaslı müharibəyə girişmək imkanı vermir. Daha dəqiq desək, Rusiya özünün varlığını qorumaq uğrunda hər cür namərd oyunlara əl atır. Eynilə Qarabağda olduğu kimi. Və bu yandan da bizdəki kolonlar cəmiyyət daxilində qarşıdurmalara və əsas olan problemlərdən fikri yayındırmağa çalışırlar.
Əgər ölkə daxilində bu qədər yad niyyətli qüvvələr varsa, xalq da öz varlığını və dövlətçiliyini qorumaq üçün bir əmil yolunda bütövləşməlidir. Adı nə olursa olsun, istərsiniz lap birinci kolon qoyun. Təki milyonların istək və arzuları bir nöqtədə cəmlənsin. O zaman yadların xidmətçisi olan bu kolonlar sürətlə əriyib, qeybə çəkiləcəkdir.
