Erməni vəhşiliyini təsdiq edən faktlar…

1905- ci ildə ruslardan, «Hinçak» və «Daşnaksütyun» erməni teror təşkilatlarından dəstək alan erməni silahlı quldur dəstələri Cavanşir qəzəsında ardıcıl olaraq qırğınlar törtməyə başlayırlar. 16 — 21 avqust 1905 ci ildə Şuşa şəhərində yüzlərlə azərbaycanlını öldürür və onların evlərini yanıdırırlar.

Leonard Ramsden Hartill «İnsanlar Belədilər» («Men Are like that») adlı kitabında həmin illər Şuşada oxumuş, Hovanes Hapesyan adlı erməninin Şuşa qırğını haqqındakı xatirələrini yazır: «Şəhərin (Yəni Şuşanın) türklər yaşayan məhəlləsində daş-kəsək yığıntılarından başqa bir şey qalmamışdı. Bütün evlər yandırılmış, onların sakinləri (yəni azərbaycanlılar) öldürülmüşdülər».

Erməni terror dəstələri

1905- ci ilin 23 avqust tarixində erməni terror dəstələri Xocalıda qırğınlar törətməyə başlayırlar. Bu haqda A-DO ləqəbli erməni müəllif Hovanes Ter-Martirosyan yazır ki, «Xocalını ələ keçirən ermənilər evləri talayıb, sonra od vurub yandırdılar ki, bir də əhali (yəni azərbaycanlılar) geri qayıda bilməsinlər».

Bundan sonra Umudlu kəndinə (sonralar Ağdərə rayonunun kəndi ) hücum edən ermənilər qadın, qoca və uşaqlar olmaqla üç yüz nəfər azərbaycanlını öldürüb, meyitlərini də yandırırlar.

Ermənilər ikinci dəfə 12 iyul 1906-cı ildə Şuşa şəhərində yenidən qırğınlar törtməyə başlayırlar. Onlar bir neçə gün qabaq ölmüş bir erməninin meyitini Şuşanın ermənipərəst rus general-qubernatoru Qoloşapova göstərərək deyirlər ki, güya onu azərbaycanlılar öldürüblər. Sonra da Qoloşapovun əmri ilə hökumət Qumluq və Köçərli məhəllələrini top atəşinə tutur və Quşçular, Xankəndi, Xocalı, Qacar, Qaradağlı, Vərəndəli, Hacuğ, Divanallar, Veysəlli, Ağbaş, Avdal, Gülablı kəndlərinin azərbaycanlı əhalisi erməni terrorçuları tərəfindən öldürülür.

MƏNBƏ: #GizliFAYL

Qafqaz Qabil

Нет описания фото.

Bu xəbəri paylaşın: