Dönmələrin rüşvətxorluğu

… Dönmələr təbiət etibarı ilə istehlakçı bir toplum idi. Roma zadəganları kimi, istehsal ilə məşğul olmağı şərəfsiz iş hesab edirdilər. Qılınc və qəhrəmanlıq ritorikası ilə talançılıq, yağma, bu olmadıqda intriqa və yalana əsaslanan mənfəətlər əldə etmək olardı. Dövlətin fəaliyyətində qoyduqları rüşvət, xroniki bir xəstəlik kimi bu günə qədər davam edir. «İş bilənin, qılınc çalanın» aforizmi, Türkcəyə bu toplumun verdikləri bir deyim idi …

Bosniya dönmələrindən biri olan Sokollu Mehmet Paşa, üç sultana (Süleyman (Kanuni), Səlim II, Murat III) xidmət edən və Osmanlı İmperatorluğu tərəfindən ən qiymətli böyük vəzir olaraq dəyər verilən, biri kimi tanıdılmışdı. Mehmet Paşa (1505-1579) rüşvət yolu ilə saysız-hesabsız bir sərvət qazanmışdı. Alman tarixçisi Ludviq Von Gerlax, Sokollunun sərvəti haqqında yazmışdı: “Mehmet Paşanın qızıl və qiymətli daş-qaşdan ibarət inanılmaz bir sərvəti var idi. Kim yüksək bir vəzifəyə gəlmək istəsə, ona yüzlərlə, minlərlə qızıl sikkələr təklif etməli idi.»

Cinayətlərdə ona ortaqlıq edən I Süleymanın (Kanuni), Rus mənşəli həyat yoldaşı Hürrem Sultan və kürəkəni Böyük Vəzir Xorvat Rüstəm Paşa idi. Xorvat əsilli Rüstəm Paşa “bəylərbəyliyi təyinatlarını, böyüklüyüne görə müəyyən etdiyi qiymətlərə satır; padişaha aid əsas ərazilərinin aşarını, yüksək rüşvətlər qarşılığında, sələmçi yəhudilərə topdan satırdı.

Dönmələrin rüşvətxorluğu yalnız rəhbər təyinatlarıyla məhdudlaşmır, təhlükəsizlik məsələlərini də əhatə edirdi. Sokullu dövründə Osmanlı tarixinin tədqiqatçılarından olan fransız F. Braudel, «bir döyüş gəmisinin illik xərcləri həmin gəminin dəyərinə çatırdı, yəni 1560-cı illərdə 6 min duka qızıla çatdığını» yazmışdı.

Məqsədli şəkildə mərasimlərlə həyata keçirilən Aralıq dənizi səfəri haqqında yazır ki, “İspanlardan və ya Cenevrəlilərdən alınmış rüşvətlər hesabına səfər yarıda dayandırılaraq geriyə İstanbula döndülər.

Dönmələrin rüşvətxorluğu ilə bağlı çox saylı bəlgələrdən biri də Fransanın İstanbul Büyükelçisi De Germigninin, 1580-ci ildə Parisə göndərdiyi raportdur. Bu hesabatda aşağıdakılar yazılıb: «Mümkünsə, aşağıdakılar edilməlidir: Yeniçəri Ağası İbrahim Paşaya və Sultanın dəniz komandanı kaptanı-Derya İbrahim Paşaya Paris parça ticarətindən bir pay ayırmağı krallıq şurası üzvlərinə və xəzinə nazirinə bu işə laqeyd yanaşmamağı tövsiyə etməlidir. Unutmamalıyıq ki, məndən öncə İspaniya elçisinin İspan Krallığının işini asanlaşdırmağa görə 50 min qızıl sikkə hədiyyə təklifinə qarşılıq donanma yelkənlərini suya salmışdı.»

Kaynak; METİN AYDOĞAN «Antik Çağdan Küresellleşmeye Yönetim Gelenekleri ve Türkler»

Bu xəbəri paylaşın: