Əfşar tayfasından olan Nadirin Şah «seçilməsi»

Nadir Şah Muğan düzündə qurultay, (bu dəfə böyük qurultay) çağırır. Bu qurultaya hərbi, mülki və dini əyanları, şəhər və kənd başçılarını yığır. Buraya 100 minə yaxın adam toplanır. Bunlardan ötrü məscid və bazarlar da daxil olmaqla ağac və qamışdan 12 min müvəqqəti tikili salınır.Novruz bayramı günü, 1736-cı ilin 21 martında Nadirqulu xan qurultaya iştirakçılar arasından yeni şah seçmək təklifi verir. Sözlərini bununla əsaslandırır ki, III Şah Abbas hələ ki, uşaqdır, Nadir özü isə işləməkdən yorulub və hakimiyyətdən imtina edir.


Azərbaycanın hərbi elitası – qızılbaşlar öz yüksəlişləri üçün Səfəvilərə minnətdar idilər və buna görə də hakimiyyət sülaləsinin dəyişməsinin əleyhinə idilər. Ancaq öz etirazlarını açıq şəkildə yalnız Qarabağ və Gəncə bəylərbəyisi Uğurlu xan Qacar bildirir ki, o da sonralar bunun müqabilində öz malikanələrinin böyük bir qismini itirmiş olur. Onun hakimiyyətində bircə Gəncə xanı saxlanır və rütbəsi də Gəncə bəylərbəyi adlandırılır, qacarların çox hissəsi isə Xorasana sürgün edilir (Bəzi mənbələrə görə Səfəvilərin mollabaşı (sədr) də etiraz edir. Lakin qurultayın gedışındə qurultay iştirakçılarına onun ölüm xəbəri çatır).

Şah elan olunması məsələsi ortaya çıxanda, Nadir özünü zahirən elə göstərir ki, guya yorulub, doğrudan da şahlığı istəmir, qurultay az qala yalvarıb onun razılığını alır və tacqoyma mərasimi keçirilir. Hətta bu münasibətlə qurultay iştirakçılarına erməni və gürcü millətindən olan qul və kənizlər bağışlanılır.

Əli Təbrizli

Nadir şah Əfşar — Vikipediya

Bu xəbəri paylaşın: