Milli Məclisə yeni mətbuat katibi təyin olunub.
Milli Məclisdən APA-ya verilən məlumata görə, parlamentin spikeri Sahibə Qafarovanın sərəncamı ilə bu vəzifəyə teleaparıcı Ceyhun Əli təyin edilib.
Bu gün o, kollektivə təqdim olunub.
Qeyd edək ki, bundan əvvəl AzTV-nin əməkdaşı Elnar Məmmədlinin parlamentin mətbuat xidmətinin rəhbəri təyin olunması barədə məlumat yayılmışdı.
P.S. Bu təyinat münasibətiylə, Ceyhun Əlini təbrik edir və gələcək fəaliyyətində uğurlar arzu edirik.
Elnur Səlim
Bu xəbəri paylaşın: