May ayı 1992-ci ildəki ağır məğlubiyyətlərimizi bir daha bizə xatırladacaq.
Ancaq bu uğursuzluqların təməli 1991-ci ilin mayında qoyuldu. Sovet İttifaqının parçalanmasında «müstəsna» rol oynadıqlarına görə, okeanın o tayındakı havadarları ABŞ Senatında belə bir sənədin qəbuluna müvəffəq oldular. Maraqlı o idi ki, sənəddə SSRİ-nin tərkib hissəsi olan Azərbaycana qarşı ittiham irəli sürülürdü.
Bu, müstəqil Azərbaycana qarşı tətbiq edilə biləcək gələcək embarqolara hüquqi əsas idi. Qəbul edilən və ediləcəyi ilə hədələndiyimiz məhdudiyyətlər barədə geniş kütlə az məlumatlıdır. ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi sərt qadağaları Azərbaycana da tətbiq edəcəyini bilən qərb yönümlü siyasətçilərimiz, onlara güzəştə getmək məcburiyyəti qarşısında idilər.
Cəbhəbə baş verən bəzi anlaşılmamazlıqların sirri burada idi. Bizim uduzmağımıza maraqlı qüvvələr 1992-ci ildə yarışa girmişdilər. Moskva da yeni ampluada fəaliyyətə başladı.

Eldar Tağıyev
UKRAYNA
