Prezidentliyə namizəd Erik Zemmur ölkəsinin NATO-dan çıxmasını istəyir

Fransa prezidentliyinə namizəd, ifrat sağçı Erik Zemmur ölkənin NATO-dan çıxmasını istəyir.

Bu barədə «RİA Novosti» məlumat yayıb.

«Mən Fransanın NATO-nun vahid hərbi komandanlığından çıxmasını istəyirəm», — deyən Zemmur Paris ətrafındakı Villepinte sərgi kompleksində tərəfdarları qarşısında çıxış edərkən deyib.

Fransız jurnalist və yazıçı Erik Zemmur noyabrın 30-da 2022-ci ilin aprelində Fransada keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib.

Ümumiyyətlə, NATO-dan çıxmaq məsələsi bu gün Fransada siyasi dvidend gətirən siyasi motivli bir mövzuya çevrilib. Fransada Mitteran prezident olanda deyirdilər ki, Fransada bundan axmağını tapmaq mümkün deyil, amma Sarkozi gələndə Mitterandan betər olduğunu yazmağa başladılar. Ən son isə Makrondan axmağının Fransada olmasına kimsə inanmır. Amma bu statusa uyğun olanlardan biri də elə jurnalist Zemmurdur…

Əli Nəsib Zərdabi

Bu xəbəri paylaşın: