Rus məramsızlarının bölgəyə gələn qanunsuz missiyasının tərkibində genekoloqların olduğunu hələ ilk gündən yazmlşdıq.
Noyabr ayında Qarabağda 178 erməni körpə dünyaya gəlməsi barədə Qarabağdakı qondarma rejimin başçısı Arayik Arutyunyan öz Facebook səhifəsində məlumat verib. O bildirib ki, bu say əvvəlki aylarla müqayisədə rekord göstəricidir:
“Yəni müharibədən əvvəlki göstəricilərə müəyyən qədər yaxındır. Uğurlarımızın əsl təminatı demoqrafik artımdır. Sizi əmin etmək istəyirəm ki, hökumət müxtəlif proqramlar vasitəsilə burada yaşayan ermənilərin təbii-mexaniki artımını təşviq etmək üçün səylərini və enerjisini əsirgəməyəcək”
Görünən odur ki, 2019 — cu ildə bu rəqəm 151 nəfər olub. Deməli rus məramsızlar Qarabağda əməlli-başlı «sülh yaratmaqla» məşğul olublar. Çünki yazıq Araikin özü belə üzdəniraqdır…

