Erməni təxribatçını vuran əsgərimiz mükafatlandırılmalıdır

Xəbər verildiyi kimi, Xocavənd rayonunun Çаrtar kəndində yaşayan erməni Seyran Sarkisyan rayonun Qurusu deyilən məntəqəsi yaxınlığında yerləşən hərbi postumuza hücum edib.


Rus mediası canfəşanlıqla xəbər verir ki, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları hadisənin araşdırılması məqsədi ilə Azərbaycan tərəfinə yazılı müraciət ediblər. Müraciətə əsasən Azərbaycan tərəfi Davud Rəhimzadə barəsində cinayət işi açıb və hazırda Füzuli Hərbi Prokurorluğunda bununla bağlı istintaq aparılır.Bildirək ki, Azərbaycan tərəfi məsələ ilə bağlı hələ də heç bir rəsmi açıqlama verməyib.


Məsələ ilə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanova müraciət etdik.

Vahid Abdurəhmanov bildirdi ki, Azərbaycan Hərbi Prokurorluğunda vətənpərvər insanlar çalışır. Hər halda Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbər deməyə əsas verir ki, həmin Seyran Sarkisyan adlı şəxs əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib. Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib. Əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq, təxribatçı ermənini öldürüb. Bu onun postda dayanmış əsgər kimi əsgəri vəzifəsidr. O, öz əsgəri vəzifəsini layiqincə yerinə yetirib. Rusiya mətbuat xəbər verir ki, hadisədən sonra əraziyə gələn rus sülhməramlıları araşdırma aparıblar. Məlum olub ki, erməni təxribatçını zərərsizləşdirən şəxs Azərbaycan Ordusunun əsgəri Davud Qabil oğlu Rəhimzadədir. Rus sülhməramlıları onunla söhbət edib, hadisə barədə danışıblar. Rəhimzadə bildirib ki, Seyran Sarkisyan ona hücum edərək, silahını əlindən almağa çalışıb. O da hərbi postu qoruduğunu və təxribatın qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq atəşi açıb. Lakin təxribatçı ona hücum edəndə onu vurmaq məcburiyyətində qalıb.

V. Abdurəhmanov qeyd edib ki, «dinc erməni «çoban» terrorçusu», həm I Qarabağ, həm də 44 günlük müharibədə içtirak edib. Erməni həyasızlığı bu adamı «dinc» terrorçu elan etməklə Azərbaycanın üzərinə növbəti çirkab atmağa çalışır.


Vahid Abdurəhmanov bildirdi ki, Rusiyanın Qarabağda məramı bilinməyən inşaatçı, genekoloq, seksopotoloq, su daşıyan, kənd təsərrüfatı ilə məşğul olan dequsturator yığnağı buraya nə üçün gəldiklərini artıq unudublar. Bu rus hərbi birlikləri öz vəzifələrindən kənar bütün çirkinliklərlə məşğul olmaqdadırlar. Bölgəmizə “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasınınbaş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı adıyla soxulan bu qurum özünü tezliklə qanundan kənar hərbi dəstələr kimi hədəfə gətirəcəyi şəksizdir. Bu günədək Rusiya Federasiyası prezidenti Vladimir Putinin birmənalı olaraq Azərbaycan ərazisi kimi tanıdığı bölgədə hələ də bu məramsızların sayəsində Ermənistanın və separatçı ermənilərin əski parçaları dalğalanmaqdadır. Rusiyanın öz öhdəsinə götürdüyü Bəyanatdakı 4-cü maddənin: «Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir» və 7-ci maddəsinin: «Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır» müddəalarının bircə hərfi də icra olunmayıb. Saxtakarcasına 52 minlik erməni qaçqınından dəm vuran Putin 1 nəfər də olsun azərbaycanlı məcburi köçkün qaytarıbmı: Əlbəttə ki, bu ruslarla sazişin su üzərində bir saziş mahiyyətindən bir daha xəbər verir.

Əsgərimizlə bağlı cinayət işi də rus sifarişidir və bu iş yalnız araşdırma xarakterli ola bilər. Əgər postda duran əsgərin qanuni tələbinə məhəl qoyulmursa qarşı tərəfin çoban, yaxud da dəli olması belə heç nəyi dəyişmir. Çünki öldürülən şəxs faktiki olaraq erməni hərbçisinə aid olan formada olub və əsgərə hücum edib. Onun alnına «dinc sakin» yazılmayıb ki? Rusiya bu addımla gələcəkdə planladığı təxribatlar üçün zəmin hazırlamağa çalışır. Bu daha çox bir vaxtlar Qarabağda azərbaycanlılardan silahların yığılması faktını bizlərə xatırladır. Şuşa ətrafındakı təxribatlar, bayraqla bağlı təxribatlar rusların məkrli planlarından xəbər verməkdədir.
Çox güman ki, Rusiya atəş açan əsgərlərimizi cəzalandırmaqla bölgədə qalmaqda olan «dinc» erməni terrorçularının toxunulmazlığını təmin etməyi planlayır. Bəzi özünü «hərbi ekspert» elan etmiş şəxslər belə əsgərimizdə günah axtarmağa çalışmaqdadırlar.

O əsgər göstərdiyi ayıqlığa görə mükafatlandırılmalıdır və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Vətənin müdafiəsində göstərdiyi sayıqlığa və əsgəri rəşadətə görə Davud Qabil oğlu Rəhimzadəni Fəxri fərmanla təltif edib.


Mövzuya qayıdacağıq…
Elnur Səlim

Bu xəbəri paylaşın: