Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlandı — RƏSMİ

Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Modern.az-ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat komfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, bu il imtahanlar 1 mərhələdə keçiriləcək və proses iyulun 20-dən sonraya planlaşdırılıb.


Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq.

M.Abbaszadə qeyd edib ki, qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi nəzərdə tutulur:

“Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər eyni zamanda V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər”.

DİM sədri qeyd edib ki, qəbul imtahanı proqramlarından martın 1-dən sonra 11-ci sinfə aid tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur.

M.Abbaszadənin sözlərinə görə, magistraturaya onlayn ixtisas seçimi qəbul planı təsdiq olunduqdan sonra aparılacaq.

Bu xəbəri paylaşın: