Tədris ilinin ikinci yarımilinin qiymətləndirilməsi ilə bağlı qərar verildi — RƏSMİ

“2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə şagirdlər arasında kiçik summativ qiymətləndirmə (KSQ), böyük summativ qiymətləndirmənin (BSQ) keçirilməsi nəzərdə tutulmur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Təhsil naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, şagirdlərin qiymətləndirilməsində birinci yarımil üzrə qiymətlər əsas götürüləcək:

“Onlar növbəti sinifə keçiriləcək. Öz nəticələrindən razı olmayan şagirdlər tədris öncəsi müraciət edib, nəticələrini yaxşılaşdıra bilərlər”.

Bu xəbəri paylaşın: