AVMVİB Şəhidlər Xiyabanında Şuşanın işğal gününü andı

AVMVİB Rəhbərliyi və üzvləri İdarə Heyətinin qərarıyla karantin şərtlərinə uyğun olaraq az saylı bir heyətlə Şuşanın işğalıyla bağlı Şəhidlər Xiyabanını və Əbədi Məşəli ziyarət etdilər.


İşğalın 28-ci ildönümü ilə əlaqədar olaraq, AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, XX əsrdə ermənilər tərəfindən insanlıq əleyhinə törətdilmiş bu cinayətləri cavabsız qoymamalıyıq. Beynəlxalq təşkilatların bu barədə susqunluğuna son qoymaq üçün, təcili torpaqlarımızda qisas və antiterror əməliyyatlarına başlamalıyıq.

Xatırladaq ki, 1992-ci il may ayının 8-də erməni təcavüzkarları Azərbaycanın Şuşa şəhərinə müxtəlif istiqamətlərdən hücum edərək, şəhəri işğal etdilər.

Bu tarixdən artıq 28 il keçdi.

Bu xəbəri paylaşın: