Sabiq rabitə naziri Nadir Əhmədov 80 yaşında vəfat edib.
Fedai.az xəbər verir ki, yaxınlarının «unikal.org»a verdiyi məlumata görə, o bu gün dünyasını dəyişib.
Nadir Əhmədov 1997-2004-cü illərdə Rabitə naziri vəzifəsində çalışıb.
Xatırladaq ki, Nadir Əhmədov AVMVİB-nin Fəxri üzvü idi.
AVMVİB Rəhbərliyi Nadir Əhmədovun vəfatı ilə bağlı mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyir.
Allah rəhmət eləsin!