Müharibə veteranlarına vəsait tapmayan nazirliyin vaynerə yardım verməkliyi…

Maddi durumları yaxşı olmayan müharibə veteranları ilə bağlı ölkə rəhbərinə və ƏƏSM nazirliyinə müraciət ünvanlasaq da, hələ də bir cavab yoxdur. Nazirlik onsuz da müraciətlərə cavab verməyi tərgidib. Ona görə də ölkə rəhbərindən cavab gözləməkdəyik.

Azərbaycanlı tanınmış vaynerin 190 manat yardım alması qalmaqala səbəb oldu - FOTO

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi şərhə görə isə müavinət (veteranlar prezident təqaüdü alırlar) alan şəxslər və həyat yoldaşları bu vəsaiti ala bilməzlər. Yəni veteran aldığı 80 manatla ayı yola verməlidir. AVMVİB rayon şöbələri bu çətin məqamlarda ən ağır vəziyyətdə olan müharibə veteranlarına, istər aidiyyatlı orqanlar, istərsə də dost-tanış hesabına yardımlar etməyə çalışdılar. Bu heç bir gəliri olmayan, yalnız könüllülük əsasında fəaliyyət göstərən bir ictimai birliyin gücü çatası bir problem deyil…

Maraqlı burasıdır ki, kasıb toyuğunun altındakı yumurtanı sayan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, daha öncəsi bahalı telefona göndərdiyi mesajı təkzib etsə də, bu günlərdə 50 minlik avtomobil sahibinə verdiyi yardımı dana bilmədi. Çünki fakt ortada qalmışdı…

Azərbaycanda tanınmış vayner Səbinə Kətanova koronavirus pandemiyasından zərərçəkmişlər üçün nəzərdə tutulmuş 190 manatlıq yardım alıb.

Fotomodel xanım 190 manatlıq yardımı alması ilə bağlı paylaşım da edib. O, paylaşım zamanı 190 manat yardımın həqiqətən insanlara verilməsini və şəxsən özünə bu barədə sms gəldiyini qeyd edib.

Qeyd edək ki, Səbinə Kətanovanın 190 manatlıq yardımı alması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Şəxsi avtomobili belə olan vaynerin bu yardımı alması ehtiyaclı insanların etirazına səbəb olub.

Biz bu gənclərə izah edə bilmirik ki, Azərbaycanda 5000 manata inək, kasıb da fotomodel olmaz. Hardasız, ay maskalı qardaşlar, bəlkə bir siz də deyəsiniz…

На изображении может находиться: Elnur Səlimov

Elnur Səlim

Bu xəbəri paylaşın: