Vəfat edən sabiq nazirə məzarüstü abidə qoyuldu — FOTO

Bu ilin fevral ayında vəfat edən Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidova məzarüstü abidə qoyulub.

Fedai.az Publika.az-a istinadən xəbər verir ki, yaxınları tərəfindən İ. Həmidovun Sulutəpə qəsəbəsində yerləşən Çiçək yaşayış sahəsinin qəbiristanlığında yerləşən məzarının üstü götürülüb. Sinə daşı və məzarüstü abidə ilə yanaşı məzarı yağış sularından qorumaq üçün talvar da inşa edilib.

Qeyd edək ki, mərhum həyat yoldaşının məzarı yanında dəfn olunub. O, xərçəng xəstəliyindən vəfat edib.

Bu xəbəri paylaşın: