TƏBRİK: XAMİYEV DƏDƏBƏY HÜSEYN OĞLU — 61

     AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev istefada olan mayor Xamiyev Dədəbəy Hüseyn oğlunun doğum günün 61 yaşı tamam olması  münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti  və həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Mayor Xamiyev Dədəbəy Hüseyn oğlu 1961 ci ildə  Yardımlı rayonun Ünəş qəsəbəsində anadan olub.

    O, Yardımlı  şəhərində 1 nömrəli orta məktəbi, Kemerovo vilayətində  Sənayə (Memarlıq) və İnşaat İnstitutunu və SSRİ Daxili İşlər Nazirliyinin orta ixtisas polis məktəbini bitirib.

     1980-1982-ci illərdə Sovet ordusunun Kemerovo  vilayətində yerləşən hərbi hissədə müdddətli həqqi hərbi xidmətdə olub.

     1984-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Kemerovo vilayətində yerləşən rayon  polis  şöbəsində sahə rəisi və əməliyyatçı vəzifələrində işləyib.

      1994-cü ilin yanvar ayından-1999 cü ilin dekabr ayına kimi  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin  Döyüş Hazırlığı İdarəsində mətbəə xidmətinin rəisi vəzifəsində ,  2000-2003 cü illərdə  DQBİ-nin  Katibliyində  Mətbəə  xidmətinin rəsi  vəzifələrində   Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib. O, 2003 -cü ildə xəstliyi ilə  əlaqədar Silahll Quvvələrə ehtiyata buraxılıb.

       Xamiyev Dədəbəy Hüseyn oğlu 2007-ci ildən etibarən Suraxanı rayonunun 317 nömrəli tam orta məktəbində  hərbi  rəhbər  vəzifəsində işləyir.

     O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

     Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın,  hərbi nizamələrin və digər hüquqi-normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

       O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

      Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqəladə vəziyət zamanı hüquqi rejimin tədbirlərin həyata  keçirilməsində , dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

     Hərbi və Polis xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Kamandanın, İdarə və şöbə rəislərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    Xidmətdə fəriqləndiyinə görə   «Qüsrusuz xidmətlərə görə » 2-ci və 3-cü dərəcəli,  və»,Silahlı Qüvvələrinin yaranmasi» ılə  əlaqədar isə  yubley medalları ilə təltif edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: