NAZARBAYEVİ QAZAXISTANDAN ABŞ TƏYYARƏSİ ÇIXARIB

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev kürəkəni Timur Kulibayevə məxsus olduğu bildirilən “Bombardier” təyyarəsi ilə Əbu-Dabidən Bişkekə gəlib.

Qafqaz.media-nın məlumatına əsasən, bu haqda xarici media xəbər verir. Lakin o da maraqlıdır ki, sözügedən təyyarənin amerikalı iş adamı Erik Prinsin sahib olduği “Frontier Services Group PMC”-nin nəzarətində olan “Maleth Aero” aviaşirkətinə məxsus olduğu haqda iddialar da var.

Bu baxımdan, Nazarbayevin ölkədən Birləşmiş Ştatların dəstəyilə çıxarıldığı güman olunur.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Nazarbayevin müalicə üçün Qazaxıstanı tərk etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Bu xəbəri paylaşın: