Nərimanov rayonunun veteranları şəhidləri yad ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsinin üzvü olan müharibə veteranları könüllülərdən ibarət Nərimanov batalyonundan şəhid olan döyüşçülərin məzarlarını ziyarət edərək yad etmişlər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Nərimanov rayon şöbəsinin sədri Qurban Osmanov məlumat verib.


Müharibə veteranları Şəhidlər Xiyabanı və II Şəhidlər Xiyabanını da ziyarət edib, şəhid məzarları üzərinə gül qoyublar.

Qurban Osmanov bildirib ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Nərimanov rayon şöbəsi veteranlarının hər il şəhidlərimizi anmaları artıq ənənə halını alıb. Bu cür tədbirlər bundan sonra da davam etdiriləcək.


Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: