Bu günlərdə Qurban Məmmədovun və onun komandasının oyunlarını dərk edərək kənarlaşan zərərçəkmiş hərbçilərin yerini sabiq «zərərgörmüş» Baş Prokuror Əli Ömərovun tutmasını çoxları ironiya ilə qarşılayıb. Nədənsə Qurbanın «toruna» bu dəfə respublikanın sabiq Baş Prokuroru Əli Ömərov düşüb.
Yəqin ki, Əli Ömərov iddia edəcək ki, onun çıxışını ona məxsus (https://youtu.be/e4FrnPThoGk) YouTube kanalından kimlərsə götürüb istifadə edib. Amma Ə. Ömərov yaxşı bilir ki, onun icazəsi olmadan etdiyi çıxışı və ona məxsus kadrları YouTube-nin qaydalarına görə kimsə icazəsiz götürüb istifadə edə və yayınlaya bilməz. Özü də bu çıxışı AzerFreedom-un qrifiylə yayınlanıb.
Zərərçəkmiş sabiq Baş Prokuror Əli Ömərov öz çıxışında prokuror kimi deyil, elə «əldəqayırma» hüquqşünas dueti kimi çıxış edib. Əslində dövlətin aidiyyatlı qurumlarının işini şübhə altına almaqla yanaşı, həm də prokurorluğun hüquqi missiyasını, hüquq və vəzifələrini bilmədiyini ortaya qoyur. Məsələn, heç bir fakt gətirmədən yeni yaradılmış komissiyanı hədəfə alan sabiq «zərərçəkmiş» baş prokuror istintaqı başqa qurumlar aparmasını irəli sürür və unudur ki, «Prokurorluq haqqında» Respublika Qanuna görə, «Təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət» elə prokurorluğun vəzifələrindəndir.
Qafqazda tək və yeganə Həqiqi Dövlət Ədliyyə Müşaviri (Ədliyyə Ordu Generalı) ali xüsusi rütbəyə malik şəxs hesab olunan Əli Ömərov öz çıxışında daha bir quş buraxaraq «zərərçəkmiş» kimi özünü misal çəkir. Birincisi Əli müəllim həmin olayların bir başa iştirakçısı olduğunu da deyir və bu addım ilkin zəruri addım kimi atılmalıydı. Özün özünü istintaq eməyəcəkdin ki, cənab Əli Ömərov? Bu prosesdə isə heç kimsə iştirakçı deyil. İştirakı bilinənlər isə sadəcə istintaq hərəkətlərini həyata keçiriblər və ən azı bu işğəncəni verənlərin 19 nəfərini həbs etdiriblər. Onlarla günahsız adamın isə azad edilməsinə nail olublar.
Bu gün prokurorluğu ədalətsizlikdə, qeyri peşəkarlıqda ittiham etməklə ölkə həyatında və ölkənin təhlükəsizliyində böyük rola malik bir orqanın işgüzar imicinə zərbə vurmağa cəhd etməkdə
niyyətiniz nədir, Əli Ömərov?
Yaxşı deyiblər ki, «su axar, çuxurunu tapar». Yekunda bu çuxurda bir nəfər də həqiqi zərərçəkmiş və günahsız hərbçi qalmayacaq.
Çünki onların elə bu gün azadlıqda olmalarını günahsızlığın ilkin addımı kimi, sizlər yox, məhz prokurorluq təmin edib. Sonda bu çuxurda özlərini bunca günahlar içərisində olmalarına baxmayaraq «zərərdidə» sayan sizlər qalacaqsınız. Bu öncəgörümlüyü mən dəfələrlə yazmışdım. Yazmışdım ki, bu işgəncə görənlər, Qurbanın əsil simasını anlayınca, işgəncə verən cinayətkarlara şükr edəcəklər. Bazar olsun…
Elnur Səlim
