Qardaş ölkənin üç hərbçisi şəhid oldu

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda terror aktı baş verib.

Terrorçuların əvvəlcədən quraşdırdığı əldədüzəltmə bombanın partlaması nəticəsində Türkiyə ordusunun üç hərbçisi şəhid olub.

Türkiyə Silahlı Qüvvələri Türkiyə-Suriya dövlət sərhədində patrul xidməti aparan şəhid hərbçilərin ailələrinə başsağlığı verib.

Bu xəbəri paylaşın: