İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü, hər il xüsusi ilə qeyd olunur. Belə bir insanlardan biri də yüksək peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı və mənəvi keyfiyyəti, dəqiqliyi və təmkinliyi, sadəliyi və səmimiyyəti, təvazökarlığı və vətənpərvərliyi ilə seçilən mənalı bir insan ömrün ən məhsuldar dövrünün 22 ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarda keçirmiş ehtiyatda olan polkovnik- leytenant Məmmədov Maqsud Məstalı oğludur. Yanvar ayının 10-da onun 52 yaşı tamam olur.
Daimi həyatın imtahanlarından alnıaçıq, üzüağ çıxan polkovnik-leytenant Məmmədov Maqsud Məstalı oğlunu belə bir əlamətdar gün münasibətilə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və AVMVİB sədr müavini polkovnik Salman Musayev onu səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayırlar.
Arzu edirik ki, Maqsudun yaşının üstünə gələn bu yaş, ona sevinc dolu günlər bəxş etsin. Amin!
Polkovnik- leytenant Məmmədov Maqsud Məstalı oğlu 10 yanvar 1970-ci ildə Zəngilan rayonunun Bürünlü kəndində dünyaya göz açıb.
O, 1988-ci ildə Zəngilan rayonunun Bürünlü kənd orta məktəbini, 1994-cü ildə Daxil İşlər Nazirliyinin Daxili Qoşunların Novosibirsk Ali Hərbi Komandanlıq məktəbini bitirib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Vətənimizdə və xarici ölkələrdə müvafiq ixtisas artırılma kurslarında, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Maqsud Məmmədov 1988-1990 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Özbəkistan Respublikasında yerləşən hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olub.
O, 1994-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Füzuli, Binəqədi, Xəzər, Hacıqabul, Nərimanov rayonlarında və Lənkəran şəhərində yerləşən hərbi hissələrdə taqım və böluk komandiri, alayın döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin birinci müavini — qərargah rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə döyüş hazırlığı şöbəsində baş zabit vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.

O, gənc vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə fərqlənmiş, əxlaqı tərbiyəsi ilə daima ətrafında olan həmyaşıdlarına nümunə olmuşdur.
Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə özünü nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Maqsud Məmmədov təhsil aldıgı təhsil müəssisələrində, eləcə də xidmət etdiyi hərbi hissələrdə kollektiv arasında həmişə müsbət tərəfdən seçilmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum — əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Polkovnik- leytenant Maqsud Məmmədov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Məmmədov Maqsud Məstalı oğlu Daxili Qoşunların Baş idarəsinin hərbi hissələrində döyüş hazırlığı bölməsinin rəisi və hərbi hissə komandirinin müavinini-qərargah rəisi vəzifələrində xidmət etdiyi illər ərzində taborda və əlahəddə bölmələrdə keçiirlən, yekun (nəzarət) yoxlama, eləcədə kompleks və məqsədli qrupların rəhbəri (hərbi hissənin idman komitəsinin sədri, hərbi hissədə təhvil- təslim, mandat, attestasiya, buraxılış imtahan komissiyalarının üzvü və sədri) olduğu müddətdə üzərinə düşən vəzifə və tapşırıqlar layiqincə yerinə yetirmişdir.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin, Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən əla xidmətlərə görə döş, yubiley və müvafiq idman dərəcəsi nisanları ilə təltif olunub, pul mükafatları, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Döyüş hazırlığındakı «əla xidmətlərinə görə» təlimlərdə, döyüş növbəsində, döyüş xidmətində xüsusi fərqlənməyə görə şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Qüsursuz xidmətlərə görə 1-ci, 2-ci və 3-cü dərəcəli və Silahlı Qüvvələrin yaranmasının 10 -iliyi və 90-iliyi yubley medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin Sədr müavini polkovnik Salman Musayev








