Kamil Zeynallını 10 sutkalıq həbs edənlər kimə xidmət edirlər?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışındakı çıxışında deyib: «Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq».

Eyni gündə isə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olunub. 

Bunu fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.

O, Kamilin həbs olunmasını bu cür izah edib:

“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”. 

Ölkə rəhbərinin təqdir etdiyi humanist bir işlə məşğul olan Kamil Zeynallını həbs edənlər əmri kimdən alıblar? Bu çox müəmmalıdır və dövlət rəhbərinin təqdir etdiyi bir əmələ qarşı çıxmaqdır. Bu mütləq araşdırılmalıdır…

Bu xəbəri paylaşın: