Azərbaycanda icra başçısı evinin qarşısında polis postu qurdurub.
Fedai.az Unikal.org-un əldə etdiyi məlumata istinadən xəbər verir ki, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Mərdəkanda yerləşən bağ evinin qarşısında polis postu qurdurub.
Qeyd edək ki, icra baçısına məxsus olan ev Mərdəkan qəsəbəsi, Baba Əli küçəsi 4 ünvanında yerləşir və Adil Vəliyevin adına qeydiyyatdadır.
P.S. Çox güman ki, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev özünü koronavirusdan deyil, maskalılardan qorumağın ən bic üsulunu tapıb…


Bu xəbəri paylaşın:
