AVMVİB Tərtər rayon şöbəsi Anım tədbirində

Tərtər rayonu Qaradağlı kəndində şəhid Vidadi Ələkbər oğlu Məmmədovun Anım mərasimi keçirilib.


Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayevin rəhbərliyi ilə rayon veteranları, kənd sakinləri, şəhidin yaxınları və məktəblilər iştirak ediblər.


Anım mərasimində Qaradağlı kənd orta məktəbinin müəllim, şagird kollektivi iştirak edərək şəhidin məzarını və şəhidlərin xatirəsinə həsr olunmuş abidəni ziyarət ediblər. Şəhid Vidadi Məmmədovun məzarı üzərinə gül qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhid Vidadi Ələkbər oğlu Məmmədov 15 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: