Gəncə Uşaq Evinin məzunu Günay Vəliyevanın toy mərasimi keçirilib

11 yaşından Gəncə Uşaq Evində böyüyən Günay Vəliyeva gəlin köçüb.

 Toy mərasimi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Sahibkar Qadınlar” İB və “Gəncə İş Adamları” İB-in təşkilatçılığı ilə reallaşıb.


Günay Vəliyeva şadlıq sarayına Gəncə Uşaq Evindən yola salınıb. O, Şəmkir rayon sakini Tural Vəliyevlə ailə həyatı qurub.

Toy mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri, şairə Nəsibə İsrafilqızı və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Gənc cütlüyə ən xoş arzularını çatdıran Niyazi Bayramov, onlara toy hədiyyəsi verib.


Qeyd edək ki, Günay Vəliyeva Samux rayonunda  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən birotaqlı evlə təmin edilib.

Mənbə: «Vətənim-Azərbaycandır.az» 

Bu xəbəri paylaşın: