Biz niyə qəhrəmanları deyil, xainləri sevirik?

1826-cı ilin iyununda şahzadə Abbas Mirzənin başçılıq etdiyi qoşun Xudafərin körpüsündən keçərək Qarabağı ruslardan azad etmək üçün savaşa başlayarkən, sərhəddə onları təntənə ilə qarşılayan Hacı Ağalar bəyin adını unutduğumuz halda, 15 mart 1828-ci il Çar fərmanı ilə «igidliyinə» görə gümüş medal alan Qasım bəy Zakiri isə hamımız tanıyırıq…

Нет описания фото.

Xatırladaq ki, Qarabağ xanlığı Rusiyanın idarəçiliyinə keçdikdən sonra Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın: