Blinken — Lavrov «dueli»: Ortada sənəd var

Ötən gün Cevevrədə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşdən sonra mətbuat konfransı keçirən Rusiya XİN rəhbəri Sergey Lavrovun sözlərini “Vaşinqton Post” təsdiqləyib.

Nəşrin yazdığına görə, ABŞ-ın Rusiyaya təhlükəsizlik təminatı ilə bağlı yazılı cavabının yayılmamasını xahiş edib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi isə Moskvanın sənədi ictimailəşdirə biləcəyini istisna etməyib. Buna səbəb isə Sergey Lavrovun görüşdən dərhal sonra belə bir sənədin verildiyini, ancaq məzmununun açıqlanmaması üçün qarşı tərəfin xahiş etdiyini bildirməsidir.

Qeyd edək ki, Vaşinqton faktiki olaraq minimal da olsa öz təkliflərini səsləndirib. Bu təkliflər yaxın bir il ərzində Ukraynanın NATO-ya qəbul edilməməsi, orada orta mənzilli raketlərin yerləşdirilməməsi məsələsidir. ABŞ-ın cavabında da bunlar öz əksini tapıb. Həmçinin, sənəddə Rusiyaya qarşı təhdidlər də yer aldığı bildirilir. Artıq bütün Rusiya rəhbərliyinə sanksiyaların nəzərdə tutan qanun layihəsi Konqresə təqdim olunub. Görünən hələlik odur ki, bir tərəfdən sanksiyalar tətbiq olunur, o biri tərəfdən də Ukrayna silahlandırılması davam etdirilir. Belə çıxır ki, Ukrayna bazara çıxarılıb…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: