5 rayonun prokuroru vəzifədən azad olundu (SİYAHI)

Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib.

Fedai.az-ın sabah.az-a istinadən məlumatına görə, bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb.


Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib:


Xətai rayon prokuroru Yusif İldırımzadə,
Sabunçu rayon prokuroru Ceyhun Şirinov,
Nəsimi rayon prokuroru Salman Məmmədli,
Qəbələ rayon prokuroru Məqsəd Orucov,
Yevlax rayon prokuroru Elxan Pənahov.


Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib.

Bu xəbəri paylaşın: