REDAKSİYADAN: Oğuz Xaqan haqqında silsilə müəllif yazılarını sizlərə təqdim edəcəyik. Tariximiz qədər möhtəşəm olan Xaqanımızı tanıyın…
Oğuz sözünün anlamı ilə əlaqədar fərqli fikirlər irəli sürülüb. Bəzi iddialara görə oğuz — oxlar, boylar, soylar birliyidir. Qədim dövrlərdə qonşuları tərəfindən sıxışdırılan ayrı-ayrı boylar birləşib bir ittifaq yaradıblar. Bu birlik oğuz, doqquz oğuz, on oğuz və s. adlanıb.
Adnan Menderes Kaya «Avşar türkmənləri» kitabında Oğuz adının anlamı haqqında yazır: «Qədim əsərlərdə Oğuz adının mənası haqqında məlumatlara rast gəlinmir. Elxanlılar zamanında uyğurca yazılmış Oğuz Kağan Dastanında ilk süd anlamına gələn ağız, oğuz kimi yazıldığı üçün Oğuzun bu anlama gəldiyini düşünənlər olmuşsa da, bunun bir imla xətası olduğu vurğulanmıştır. Eyni dastanda Oğuz xan dünyaya gəldiktən sonra dil açıb «sarayda doğulduğum üçün adım Oğuz qoyulsun» demişdir. Çadırda doğulmaqla Oğuz arasında nə kimi bir bağlılıq olduğu şübhəlidir. Zamanımızdaki bilginlərin bir çoxu Oğuzun mənşəyini təspitə çalışmışdı. J. Marquart Oğuz kəlməsinin ok(ok) + uz (adam)dan gəldiyini irəli sürmüşdü. Ancaq türk dilində adam anlamında (uz) sözü yoxdur. D. Sinor isə Oğuzu öküz ilə ilgili bilir. Halbuki Toxarca okus/ökes, Türk dilinə öküz olarak keçmiş və günümüzə qədər gəlmişdir. L. Bazin Oğuzun kök, yoğun mənasına gəldiğini söyləyir. Türk ləhçələrində yoğun anlamında oğuz kəliməsi də yoxdur. J. Hamilton isə qərara gəlib ki, bu sözün kökü oguşdur. Amma Oguş və Oğuz sözləri Orhun kitabələrində eyni cümledə işlənilir. Göründüyü kimi Oğuz adının kökü ilə bağlı müxtəlif görüşlər irəli sürülsə də, Gy. Nemeth tərəfindən izah edilən görüş doğru olanıdır. Buna görə Oğuz Ok + z dən törəmiş bir sözdür. (Ok) oymaq, (z) isə çoxluq şəkilçisidir. Oğuz sözünün Çin dilində » qəbilələr» deyə tercümə edilməsi də bu görüşü dəstəkləyir. Beləcə Oğuz sözünün Ok (ok ve oymak) + z şəkilçisindən törədiyini qəbul etmiş oluruq ki, Oğuz (oymaklar) anlamına gəlir» (Bax: A. M. Кaya, Avşar türkmənləri).

Sonralar «Oğuz» termini özünün ilкin anlamını itirib və tkrкlərin əfsanəvi babası Oğuzun adına çevrilib. Xülasə olaraq (Oğ/Og/Uğ/Ug) kökündən törəmişdir. Mübarək, müqəddəs ayrıca qabiliyyətli, bilikli deməkdir. Ruh mənasına da gəlir. Yaxşı xasiyyətlilik da bildirir.
Oğuz xan adına bəzi mənbələrdə Uğuz xan və ya Uz xan kimi də rast gəlinir. Bir görüşə görə Oğur (Ogur, Ugur) Xan olaraq da tələffüz edilir. Türklərin atası olan qəhrəmandır. İlk Oğuz Türkmən Dövləti qurucusudur. Bütün həyatı boyunca Göyqurd (Börteçine) ona bələdçilik etmişdir. Həyatı, daha doğumundan başlayaraq fövqəladə hadisələrlə doludur. Üzünün rəngi maviyə çalar. Gözləri al (qırmızı) rənglidir. Ağızı atəş kimidir. Çox tez böyümüşdür. Doğular doğulmaz yemək yemişdir. Bir dəfə süd əmib sonra çiy ət yemişdir. Gücü işarələyən buynuzlu bir tacı vardır. Atası Kara Xanı öldürər. Tək buynuzlu bir varlıqla vuruşarak onu məğlub edib öldürür. Kərgədan olduğu deyilən bu canlı ehtimalla əslində bir şeytandır.
Bir çox boya adlarını o verir (Uyğur, Kanglı, Qıpçaq, Kalaç, Karluk). İki yoldaşından altı dənə oğulu olmuş və bunların uşaqlarından da oğuz boyları meydana gəlmişdir. Ovlanarkən, bir ortasında iştirak edən bir ada tapar. Bu adanın ortasındakı bir ağacın qovuğunda işıqlar saçan çox gözəl bir qız oturmuşdur (Yarsub «Yer-Su» bu qızla simvollaşdırılar.). Saçları axar sular kimi mavidir və dişləri inci kimidir. Onunla evlənər və üç oğlu olur. Aradan illər keçir, bir gün göydən güclü mavi bir işıq düşər və ortasında gözəl bir qız tapar (Göy-Kal «Göy-Hava» da bu qızla simvollaşdırılar).
Fövqəladə gözəllikdə olan bu qızın başında qütb ulduzu kimi atəşdən bir işıq dəstəsi vardır. Bu qızla da evlənər və üç uşağı olur. Yuxusunda gördüyü «Gümüş Ok»u tapıb gətirən ilk üç oğuluna bölərək paylaştırır. Eyni şəkildə yuxusunda gördüyü «Qızıl Oxatan»ı da ikinci arvadından olan uşaqlarına paylaştırır.
Məşhur tarixçi Rüstəm Paşaya görə Quran-ı Kərimdə adı çəkilən Zülqərneyn (İki buynuz sahibi) adlı müqəddəs adam Oğuz Xan’dır. Çünki çiftboynuzlu tacı ilə tanınmışdır. Lak (Ilak), Rak (Iraq), Zak (Izak) kimi əfsanəvi ölkələrin kağanlarını məğlub edərək buraları fəth edər.
P.S. Bir çox müəlliflərin bu istiqamətdə araşdırmalarını təqdim edəcəyik. Bizi izləyin…