Dünyada zehni, fiziki əməklə bağli, bəhrə gətirən bütün peşələr şərəflidir. Lakin insan taleyinə sevinc, ömrünə yeni ömür bəxş edən həkimlik peşəsi ilahi qüdrətli yeganə müqəddəs peşədir. İnsanlar məhz bu peşə sahiblərinin əllərinin şəfasında ilahın qüvvət və qüdrətini görürlər.
Belə hörmət və sayğıya layiq olan öz yüksək peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkilatçılıq bacarığı ilə ilə seçilən ömrünün ən məhsuldar dövrünün 22-illk şərəfli xidmət yolunun on beş ilini hərbi xidmətdə, yeddi ilini isə Lənkəran Mərkəzi Rayon xəstəxanasında keçirən ehtiyatda olan tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlunun 26 yanvar 45 yaşı tamam olur .

Belə bir əlamətdar gün münasibətilə AVMVİB rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Tibb Xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu 26 yanvar 1977-ci ildə Lənkəran rayonunun Liman şəhərində dünyaya göz açıb.
O, 1994-ci ildə Lerik rayonun Lərmərud kənd orta məktəbi, 2000-ci ildə isə Azərbaycan Dövlət Tibb Unveristetinin pediatriya fakultəsini bitirib.
2001-2003-ci illərdə Nüdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində briqada tibb məntəqəsində həkim-terapevt, 2003-2014-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Lənkəran rayonlarında yerləşən hərbi hissəsində tibb məntəqəsinin rəisi, tibb xidmət rəisi vəzifələrində xidmət edmişdir.
2014 -cı ildən etibarən ehtiyatda olan tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu Lənkəran Rayon Mərkəzi xəstəxanasında peşə fəaliyyətini davam etdirir.
Tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində bir neçə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda kurslarda olmuşdur, Daxili Qoşunların Bas İdarəsində isə hərbi hisələrin tibb məntəqə və tibb xidməti rəisləri ilə keçirilən metodiki -təlim toplanışlarında, seminar və konfranslarda fəal iştirak etmişdir.Tabeliyində olan tibb personalının yetişib təkimilləşməsində öz qayğı və baçarığnı əsirgəməyən Nəsib həkimin haqqında real, həqiqət olan təmannasız, səmimi fikirləri onun gərgin peşə zəhmətinin və ləyaqətli xidmətlərinin təzahürüdür.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Tibb xidməti mayoru Həşimov Nəsib Güloğlan oğlu qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş hərbi həkim olmuşdur. O, istər təhsil aldıgı ali və orta təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
O, zabitlərlə, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçularla, əsgər və cavuşlarla, sanitar təlimatcılarla öz ixtisası ( tibb hazırlığı) üzrə məşğələlərin, məşqlərin, metodiki-təlim toplanışların, marifləndirmə işlərinin kecirilməsi istqamətində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Nəsib həkim, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Nəsib həkim, Daxılı Qoşunların Lənkəran rayonunda yerləşən hərbi hissəsində xidmət ediyi illər ərzində ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, hər bir hərbi qulluqçunun sağlamlığının keşiyində əzmlə dayanmışdir.

Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri yubiley döş nişanları və medallar ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respublikası Prezıdenti adından Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə » 3-cü dərəcəli medalı, Daxili Qoşunların yaranmasının 10-illiyi, 15-illiyi döş nişanı, » Silahlı Qüvvələrin yaranmasının» isə 90-illiyi və 95-illiyi yubiley medalları ilə təltif edilib.
Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Nəsib həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, NƏSİB HƏKİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ, HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN. BÜTÜN ARZULARININ REALLAŞMASI DİLƏYİ İLƏ. XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev