FRANSANIN MİLYARDLIQ ALMAZ BİZNESİ… — Parisin Qarabağı nə üçün əldən vermək istəmədiyinin sirri ortaya çıxır… / VİDEO

Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Qarabağda erməni talançılığı haqda maraqlı iddia ilə çıxış edib. Qafqaz.media xəbər verir ki, Mixail Delyaqinin sözlərinə görə, erməni qəsbkarları işğal etdikləri Qarabağı qeyri-leqal brilyant kəsimi sexinə çeviriblər və Ermənistanın qondarma «Artxas»ı tanımamasının səbəblərindən biri də bu olub.

Belə anlaşılır ki, əgər Ermənistan işğal etdiyi Azərbaycan ərazisini “özünün ərazisi” və ya “müstəqil” dövlət kimi tanısaydı, o zaman burada başlatdığı gizli “almaz” biznesinə leqallıq və şəffaflıq «donu geyindirə» bilməyəcəkdi. Başqa sözlə, dünyadakı rəqabətli almaz bazarına nəzarət edən güclərə, ilk növbədə Böyük Britaniya və İsrailə hesabat verməli olardı.

Mixail Delyagin “kölgə oyunu”nun getdiyi dünya biznesinin çox ağrılı sahəsinin yalnız az məqamlarını açıqlayıb. Kölgə iqtisadiyyatını bir çox məqamlarının ifşası bu bazarı çökdürməyə qadirdir.

20-ci əsrin ortalarına qədər almazlar yalnız təbii mənşəli idisə, keçən əsrin 50-ci illərində onları laboratoriya şəraitində sintetik almaz yaratmağı öyrəndilər. Texnologiya təbii ki, bir yerdə durmur, inkişaf edir. O cümlədən də sintetik almazların istehsalında. 2000-ci illərdə iri həcmdə sintetik almazların meydana gətirilməsi texnologiyası mükəmməl deyildisə, indi laboratoriya miqyasında təbii almazdan xüsusiyyətləinə görə o qədər də fərqlənməyən 50-100 karata qədər və daha çox karatda sintetik almaz istehsal etmək mümkündür. Sintetik almazlar təbiilərdən daha ucuzdur və gələcəkdə texnologiyaların təkmilləşdirilməsi sayəsində qiymətin aşağı düşəcəyi gözlənilir. Bu isə o deməkdir ki, almaz bazarının əsas oyunçular bu bazarı vaxtından əvvəl çökdürə biləcək rəqibləri, xüsusən də qeyri-leqal və kölgə bazarlarına buraxmaq istəmirlər.

Təbii almaz bazarında külli miqdarda maliyyə fırlanır. Bu bazar «De Beers», «ALROSA», «Rio Tinto», «Dominion Diamond» və «Petra Diamonds» şirkətlərinin inhisarındadır və dünya almaz istehsalının 70%-i bu şirkətlərin payına düşür. Dünyada almazların əsas həcmi Afrika ölkələrində hasil edilir. Afrikanın demək olar ki, bütün əsas almaz istehsal edən ölkələri — Botsvana, Cənubi Afrika, Tanzaniya, Zimbabve, Anqola, Konqo Demokratik Respublikası — keçmiş Britaniya, Portuqaliya və ya Belçika koloniyalarıdır, yəni Afrikada Britaniyanın təsir zonasıdır.

Bildiyiniz kimi, Afrikanın çox hissəsi keçmiş Fransa koloniyalarıdır. Və orada da potensial zəngin almaz yataqları var. Amma keçmiş Fransa müstəmləkələrində (Qvineya, Mərkəzi Afrika Respublikası və s.) hasil edilən brilyantlar böyük ölçüdə Fransa xüsusi xidmət orqanlarının nəzarətində olan “kölgə” almaz bazarına gedir. Üstəlik, bu almazlar sözün əsl mənasında «qanlıdır», çünki onların hasilatı və satışı yerli hərbi qruplar ilə Fransız xüsusi xidmət orqanlarının nəzarət etdiyi muzdlu döyüşçülər tərəfindən tənzimlənir. Yəni «pərdəarxası qanlı almaz» bazarını məhz Fransa əl-altından dəstəkləyir. Baxmayaraq ki, uzun illərdir ki, başqa güclərin məxfi xidmətləri brilyantların qeyri-qanuni dövriyyəsinə və bununla bağlı cinayətlərə qarşı mübarizə aparır.

Dünya almaz kəsmə bazarı da inhisardadır. Dünyanın ən böyük almaz kəsim mərkəzləri ABŞ, Belçika, Hindistan və İsraildir. Bu bazarda yataqlardan çıxarılmış almazların 65%-ə qədəri kəsilir. Zərgərlik sənayesinin də inkişaf etdiyi Fransa bu sənayeni ayaqda saxlamaq üçün böyük həcmdə xaricdən emal olunmuş brilyant almağa məcburdur. Yəni Fransa bazarına nə qədər çox “əl altından” brilyant daxil olarsa, zərgərlik bazarını işlədənlərin “leqal” almazları almaq xərcləri bir o qədər aşağı olur.

Bundan aydın olur ki, fransızların almazları kəsmək üçün nə üçün “kölgə zonasına” ciddi ehtiyacları var. Sxem bu cür işləyir – Fransanın keçmiş müstəmləkələrində (əsasən “əl altından”) qazılmış xam almaz qeyri-qanuni olaraq Ermənistana, oradan işğal olunmuş Azərbaycan Qarabağına daşınır, orada da qeyri-qanuni kəsilir, sonra isə brilyanta çevrilmiş bu almazlar Fransada zərgərlik məhsullarına dönür.

Qarabağın işğalı illərində erməni qəsbkarların və “Arsax” separatçılarının qeyri-qanuni almaz kəsməklə və “kölgə” almaz sxemlərində iştirak etməklə nə qədər qazanc əldə etdiklərini hələ araşdırmaq lazımdır. Ancaq bir şey aydındır ki, hər hansı bir separatizm bu və ya digər şəkildə beynəlxalq hüququ pozur və almaz məsələsində olduğu kimi, kriminal qanlı biznesin çiçəklənməsinə kömək edir.

Mənbə: Qafqaz.media

Bu xəbəri paylaşın: