Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və sədr müavinləri Saməddin Məmmədov, Zakir İbadullayev, Məmməd Məmmədovun iştirakıyla şəhid Nurlan İnqilab oğlu Abdullayevin doğum günü mərasimində iştirak etmişlər.
Tədbir şəhidin təhsil aldığı məktəbdə baş tutub. Beyləqan rayon Nizami Ağayev adına orta məktəbin müəllim və şagird kollektivi tədbirdə mraqlı kompozisiyalarla çıxış etdilər.
Şəhid Nurlan İnqilab oğlu Abdullayevin qəhrəmanlıq yolu 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrut rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdən keçib. Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Onun döyüş xidmətləri «Hərbi xidmətdə fərqlənməyə görə», «Vətən uğrunda», «İgidliyə görə» medallarıyla təltif edilib.
Şəhid Nurlan Abdullayevin bir qız övladı yadigar qalıb.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə Fəxri fərman təqdim edib və bildirib ki, Vətən şəhidlərimizə minnədardır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan


