Sabirabadda Millət vəkili veteranlarla görüşüb

Sabirabad rayonundan Millət vəkili seçilmiş Ramin Məmmədov rayonun Nizami kəndində qazilərlə görüş keçirib və onların problemləriylə maraqlanıb.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.


Faiq Hüseynov bu cür görüşlərin vacibliyini vurğulayıb və bildirib ki, rayonun deputatı kimi Ramin Məmmədov daim müharibə veteranlarının problemləriylə maraqlanırvə belə görüşlər keçirir. Görüşlərdə müharibə veteranlarını maraqlandıran suallara aydınlıq gətirilir.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad

Bu xəbəri paylaşın: