AVMVİB Tərtər rayon şöbəsi tədbirdə iştirak edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi ilə bağlı tədbirdə iştirak ediblər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.

O, bildirib ki, Tərtər rayon İcra Hakimiyyəti Başçısının müavinləri, AVMVİB rayon şöbəsinin üzvləri olan müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak etmişlər.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev, AVMVİB sədri Füzuli Rzaquliyevin adından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi kollektivini təbrik etdi.

Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: