Sabirabadlı veteranlar şəhidlərimizi unutmurlar

Sabirabadlı veteranlar öz örnək addımlarını davam etdiriblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi rəhbərliyi, müharibə veteranları və «Günərzi» Qayğı Mərkəzinin icraçı direktoru Ülviyyə Şahbazova Şirvan şəhərində şəhid Məharət Ramil oğlu Həsənovun oğul övladı Ramilin doğum gününü təbrik üçün şəhidin ailəsinə baş çəkiblər.


Ad günü münasibətiylə Ramili təbrik edib, ona xoş arzular bildirdilər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.


Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, müharibə veteranları və «Günərzi» Qayğı Mərkəzinin icraçı direktoru Ülviyyə Şahbazova Sabirabad rayonundan olan şəhid Aqşin Ağayevin Şirvan şəhər xəstəxanasında müalicə alan atasına da baş çəkiblər.


Şəhid atasının sağlığı ilə maraqlanmış və ona şəfalar diləyiblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Sabirabad

Bu xəbəri paylaşın: