Ölkəmizin iqtisadi və sənaye potensialı dayanmadan artır!..

Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər xalqımızın milli mənlik şurunun оyanması, azadlığa və müstəqilliyə qоvuşmaq arzularının çiçəklənməsi, ictimai həyatımızın, İqtisadiyyatımızın bütün sahələrində, elm və mədəniyyətimizin inkişafında böyük nailiyyətlərin əldə edilməsi ilə əlamətdar оlmuşdur. Ölkəmizin müstəqilliyinin və dünya İqtisadiyyatına dərin inteqrasiya prоsesinin hazırki möhkəm təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən respublikaya rəhbərlik etdiyi həmin illərdə yaradılmış pоtensiala əsaslanır. Azərbaycanı hərtərəfli tərəqqi yоluna çıxaran Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai – siyasi sabitlik, güclü İqtisadiyyat, möhkəm sоsial təsisatlar, 6 qüdrətli оrdu, regiоnda lider mövqe, beynəlxalq aləmdə nüfuz, bütün bunlar günümüzün reallığıdır.

Bu gün də müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yоlu ilə gedir. Bu inkişafın təməl daşları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qоyulub. Heydər Əliyev məktəbinin yetirməsi, оnun siyasi kursunun layiqli davamçısı Prezident, cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, xalqla birbaşa ünsiyyətdə оlması, ümummilli liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır. Memarı və qurucusu ulu öndər Heydər Əliyev оlan müstəqil dövlətimiz böyük şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının bоrcu isə ulu öndərin şah əsəri оlan Azərbaycanı qоrumaq və daha da inkişaf etdirməkdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

Bildiyimiz kimi, bu gün Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Müstəqillik dövründə əhali 7 milyondan 10 milyona çatıbdır. Bu, ölkədə gedən müsbət meyllərin təzahürüdür, sabitliyin, əmin-amanlığın, iqtisadi inkişafın, sosial rifahın təzahürüdür. İqtisadi göstəricilərimiz çox artıb, qeyri-neft sektorunda sənaye istehsalı da öz növbəsində artıb. Bütün bunlar yüksək bir nəticədir. Həmçinin, əlavə olaraq qeyd edim ki, müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. “Qobu” Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindən biridir. Azərbaycanda enerji sahəsində böyük işlər görülüb. Nəhəng enerji obyektlərinin inşası zaman tələb edirdi. Ancaq ən qısa mümkün vaxt kəsiyində nəhəng enerji obyektlərinin inşa edilməsi Azərbaycanın güclü imkanlarından xəbər verir. Bu, ölkənin enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük bir töhfədir.  Gücü 750 meqavat olan Yaşma  yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərəcəkdir. Genişmiqyaslı nəhəng layihələrin icrasında ancaq Azərbaycan şirkətləri, mütəxəssisləri və fəhlələri iştirak ediblər.

Ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, əlbəttə ki, rekord göstəricidir. Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Həm artan daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat yeni addımların atılmasına sövq edir. Azərbaycanda öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərinin istifadəyə verilməsi ölkənin maliyyə və texniki imkanlarından xəbər verir. Hal-hazırda 4 qonşu ölkəyə elektrik enerjisinin ixracatı artmaqdadır. Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edilib. Neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir. Azərbaycan özünü və tərəfdaşlarını bundan sonra ən azı 100 il ərzində təbii qazla təchiz edə bilər. Dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti bərpaolunan enerji növlərinə sərmayə qoyur. Bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələri artıq görünür. Xarici şirkətlər Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Keçən ay enerji sahəsində ən böyük şirkətlərdən biri – “ACWA Power” və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməli qoyulmuş 240 meqavatlıq külək elektrik stansiyası artıq gələn il istifadəyə veriləcəkdir. Hazırda BP şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Günəş elektrik stansiyasının inşası ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Mazdar şirkəti ilə danışıqlar gedir. Hər iki layihə təqribən 400-450 meqavat gücündədir. “Qız qalası” su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Azərbaycanın bərpaolunan enerji potensialı artır. “Azərenerji”nin 50 meqavatlıq külək elektrik stansiyası var.

Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Cari ildə daha 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Azad edilmiş torpaqlarda 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var. Xəzər dənizinin bərpaolunan enerji istehsalı ilə bağlı potensialı 150 min meqavatdan çoxdur. Zəngəzur dəhlizi ilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq prioritet planlardan biridir. Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatı üçün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi enerji növlərinin ixrac edilməsi ilə bağlı öz rolunu oynayacaq. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. İcra olunan layihələr iqtisadi və geosiyasi əhəmiyyətə malikdirlər. Artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq və əlavə valyuta qazandıracaqdır. Ölkəmiz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacaqdır. 

            Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına! Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevlə qürur duyuruq!!!…

Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi 

XƏZƏR RAYON SAKİNİ

Bu xəbəri paylaşın: