Bizim saytların öldürüb 3-nü verdiyi Jirinovski hələ də yaşamağa davam edir…

Səhiyyə Nazirliyi koronavirus diaqnozu qoyulan Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin özünü necə hiss etdiyini bildirib. Hazırda onun daimi həkim nəzarətində olduğu, vəziyyətinin stabil olduğu məlum olub.

“LDPR lideri Jirinovskinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Həkimlər ona bütün lazımi tibbi yardım göstərməkdə davam edirlər”, — RİA Novosti idarənin mətbuat xidmətinə istinadən yazır.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq Vitali Zverev Vladimir Jirinovskinin 8 dəfə koronavirusa qarşı peyvənd vuraraq immunitetini öldürdüyünü bildirmişdi.

P.S. Bizim saytların öldürüb 3-nü verdiyi Jirinovski hələ də yaşamağa davam edir…Ar olsun Jirinovskiyə. Bizimkilər dünyasında yalan yazmazlar. Fransızların Taleyran haqqında dediyi məşhur aforizm yada düşür: Ölümü haqqında eşidən Parislilər isə deyirdilər: “Yox a, Taleyran öldü? Görəsən bundan nə xeyir götürəcək?” və yaxud da «o bütün həyatı boyunca kilsəni, ölümündən əvvəl isə şeytanı aldatdı». Jirinovski isə bizim «möhtəşəm medianı» aldatdı. Ən azı buna görə bizimkilərdən üzür istəməlidir…

Elnur Səlim

Bu xəbəri paylaşın: