Ukrayna xainləri cəzalandırmaqdadır…

Hüquq-mühafizə orqanlarının əməkdaşları 40 min qrivna mükafat müqabilində rus qoşunlarına şəhərin mühüm infrastrukturunun və hərbi obyektin yerləşməsinin koordinatlarını verən Xarkov sakinini saxlayıblar.

Baş prokuror İrina Venediktova Facebook-da bu barədə paylaşım edib.

Paylaşımda deyilir: “Xarkovlu bir məxluqa fevralın 25-də mobil telefonuna o vaxt ona məlum olmayan bir şəxsdən, yəni Saltovski çörək zavodundan və FED-dən (hərbi obyekt) zəng gəlir.

Xarkovdan olan «Skotina» təklifi həvəslə qəbul edir və vəd olunanı alır. Bank kartına 40.000 qrivna pul vurulur.

Martın 1-də Rusiya Federasiyasının silahlı qüvvələri obyektlərdən birinin yaxınlığındakı koordinatlara uyğun artilleriya zərbələri endirib.

Venediktovanın sözlərinə görə, Xarkov sakini hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

P.S. Əfsuslar olsun ki, biz 30 illik xəyanətləri olanları belə həbs etmədən «yağ içində böyrək kimi» bəsləməkdəyik. Ukraynanın daxildəki satqın və xəyanətkarlara müharibə elan etməsi onun tam qələbəsinin yolunu açacaq. Düşməndən öncə xainlər cəzalarına çatmalıdırlar…

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: