AVMVİB fəal müharibə veteranını təltif etdi

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənovu göstərdiyi səmərəli fəaliyyətə, Birliyin həyatında fəal ictimaiyyətçiliyə və veteran, şəhid ailələrinin hüquqlarının qorunmasında fərqləndiyinə görə AVMVİB-nin təsis etdiyi Xatrə medalıyla təltif edib. 

Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Natiq Həsənovu təltif münasibətiylə təbrik edərək, onun Mingəçevir şəhərində göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi.

Natiq Həsənov AVMVİB Rəhbərliyinə bu diqqət üçün öz minnətdarlığını bildirdi. AVMVİB Mingəçevir şəhər şöbəsi daim öz üzvlərinin yanında olub və hər bir üzvümüz AVMVİB-nin göstəriş və qərarlarını yerinə yetirməyə çalışmışıq. Çalışırıq ki, Birliyimizlə əlaqələrimiz daha da sıx olsun.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: