Mingəçevirdə Novruz bayramıyla bağlı silsilə tədbirlər keçirilib

Mingəçevir şəhər İcra Hakimiyyətində Novruz bayramıyla bağlı silsilə tədbirlər keçirilib.


Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə, ictimaiyyət nümayəndələri ilə görüşərək onları təbrik edib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.


Natiq Həsənov bildirdi ki, şəhərdə yaşayan müharibə əlilləri və şəhid ailələrinə bayram sovqatı verilib. Veteranların xahişiylə şəhidlərimizin xatirəsinə həsr olunacaq bulaq üçün etdiyim müraciət Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı cənab İlham İsmayılov tərəfindən müsbət qarşılandı və yerindəcə bulaq üçün yer ayrılmasına göstəriş verdi.


Ümumiyyətlə, Mingəçevir şəhərində bu qəbildən olan insanlara diqqət günbəgün artır.

Bu xəbəri paylaşın: