Daha bir qazimiz Haqqa yürüdü

Daha bir qazimiz bizlərə vida edib Haqqa yürüdü.


Biləsuvar rayonunda II qrup müharibə əlili Azər Həsənov vəfat edib. Döyüş yoldaşları qazimizi son mənzilə yola salıb və məzarı başında onun keçdiyi döyüş yolu haqqında ürək sözlərini demişlər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, AVMVİB Biləsuvar rayon şöbəsi Rəhbərliyi, Fedai.az və Veteran.az kollektivi II qrup müharibə əlili Azər Həsənovun vaxtsız vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


Məkanı cənnət olsun!


Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: