Xankəndi veteranları Novruz bayramını qeyd etdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin üzvləri Novruz bayramı münasibətiylə bir araya gəlmişlər.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.


Ramiz Ağayev, müharibə veteranlarını və xalqımızı təbrik edərək, bildirdi ki, şöbə üzvü olan müharibə veteranlarının ən böyük arzusu bu bayramı doğma Xankəndində keçirəcəyimiz gündür. İnanırıq ki, tezliklə bu arzumuz da Ali Baş Komandanımızın rəhbərliyi altında reallaşacaq. Bayramlarımızı doğma Xankəndi şəhərində qeyd edəcəyik!

Bu xəbəri paylaşın: