Peşəkarlığı və humanistliyi və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kecirən Azərbaycan Müharibə Veteranı və Çernobıl əlilli, ehtiyatda olan mayor Mirzəyev Mirzə Rabid öğlunun may aylarının 1- də 57 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ çıxan mayor Mirzəyev Mirzə Rabid oğlunu belə bir ələmdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, səbəbkara möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, mayor Mirzə Mirzəyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Mirzəyev Mirzə Rabid oğlu 1965- ci illin may aynın 1- də Azərbaycan Respublikasının Şəmkir rayonun Qaracəmirli kəndində anadan olub .
1982 – ci ildə Şəmkir rayonun Qaracəmirli kənd orta məktəbi, 1986 – cı ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Saratov Ali hərbi komandanlıq məktəbi bitirib. O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, Diviziyalarında və hərbi hissələrində kecirlən bir çox metodiki təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi taktiki təlimlərdə, seminar və konfranslarda olub.
1986- 1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunların Ukraynanın Respublikasının Dnepropetrovski vilayətində və Azərbaycan Respublikasının Gəncə şəhərində yerləşən hərbi hissələrdə taqım və böluk komandiri vəzifəsində olub, 1992-ci illin yanvar ayından -1997-ci ilin dekabr ayına kimi isə Azərbaycan Respublikası Daxili işlər İşlər Nazirliyinin Daxili Qoşunların Baş
İdarəsinin Gəncə şəhərində yerləşən hərbi hissənin qəragah rəisinin köməkçisi, Döyüş Hazırlığı bölməsının rəisi, tabor komandiri vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib . 1998-ci ildən etibarən «Hərbi Xidmətkecmə Haqqında Əsasnamənin» və «Hərbi Qulluqçuların pensiya təminatı Haqqında’ qanun tələblərinə əsasən Sillahlı Qüvvələrdən ehtiyata buraxılıb və pensiya
təminatı ilə təmin edilib.
O, 1998- 2012- ci illərdə Gəncə şəhərində Hərbi avtomobil və zirehli texnika təmir bazanın direktoru vəzifəsində olub, 2013 -cü ildən etibarən isə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hissəsində ixtisaslaşdırılmış avtobil təmir bazasında bölmə müdiri vəzifəsində işləyir.
Mayor Mirzə Rahid oğlu Mirzəyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində 1986-cı ilin aprel ayının 26 -da Cernobul Atom Elektrik Stansiyasında (Zavodunda) baş vermiş qəzanın yaratdığı faciənin aradan qaldırılmasında, 1992- 1994-cü ilərdə isə Azərbaycan Ərazisi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır və Çernobıl əlillidir.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində, fövqaladə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları
məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi – döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI və Azərbaycan Respublikasını Daxili İşlər Nazirlərinin, Daxil Qoşunlar Komandanlarının, Ali hərbi məktəb rəisinin, Diviziya və hərbi hissə komandirlərinin əmrləri ilə müvafiq Dövlət təltifləri ilə, idman dərəcəsi, əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul
mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə təltif olunub və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, MİRZƏ BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranlari İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev











