Ukraynanın 36-cı dəniz piyada briqadasının komandiri Sergey Volınski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, onlara “ekstraktşn” prosedurunun tətbiq edilməsini xahiş edib.
Volınski Habertürk TV-nin efirində belə deyib.
«Hörmətli cənab Prezident Rəcəb Tayyib Ərdoğan, Dəniz Piyadaları Korpusunun mayoru Sergey Volınski sizə müraciət edir. İndi mən Mariupol qarnizonunda yerləşən və 65 gündür mühasirədə döyüşən 36-cı dəniz piyada briqadası kimi fəaliyyət göstərirəm..
Bizimlə birlikdə müxtəlif dərəcəli yaraları olan, həqiqətən köməyə ehtiyacı olan 600 hərbçi var. Yanımızda yaralanan və yardımınıza ehtiyacı olan mülki vətəndaşlarımız var. Yüzlərlə mülki şəxs və onlarla uşaq da bizimlə birlikdə obyektdə təhlükəsizlik axtarır. Ən kiçiyi 4 aylıqdır.
İndi mən türk xalqından, hörmətli cənab Prezidentdən xahiş edirəm ki, ekstrakşn prosedurunu bizə tətbiq etsinlər, Mariupol qarnizonunu Türkiyəyə aparmaq üçün hər şeyi etsinlər, Türkiyə tərəfdən təhlükəsizlik zəmanəti ilə bizi praktiki olaraq «Azovstal»dan çıxarsınlar. Biz sizin köməyinizə ümid edirik”.
Elnur Səlim
