Rusiya informasiya savaşında Ukraynaya uduzub

Rusiyanın Ukraynaya hücumunun ilkin səbəbi Ukraynanın denazifikasiyası və demilitarizasiyası, həmçinin “Kiyevdə məskunlaşan və bütün Ukrayna xalqını girov götürən narkoman və neonasistlər dəstəsi” ilə mübarizə idi. Ancaq zaman keçdikcə ukraynalıların heç bir azadlığa və “rus dünyasına” ehtiyacı olmadığı getdikcə daha aydın oldu. Beləliklə, indi Rusiya hakimiyyəti və təbliğatçıları uydurduqları bu yalanın içindən çıxmağa çalışırlar.

“Təbliğat İcmalı”nın bugünkü buraxılışında Anton Pikuli Vladimir Solovyova “sui-qəsd cəhdi”, həmçinin “Novorossiya qəhrəmanları”nın dul arvadlarına 10 min rubl məbləğində ödənişlər və uşaq bağçasının “təmizlənməsi” haqqında inanılmaz əhvalatlar uydurur.

P.S. Ukraynanın denazifikasiyası və demilitarizasiyası adıyla bu «propaqandon»ların fətvasıyla Ukraynaya təcavüz edən Rusiya hələlik bu ölkədə derusifikasiya və genosidokasiya ilə məşğul olmasını öz rus xalqından da gizləyə bilmir. Putinin Solovyov adlı bir fırıldaqçının uydurduğu sui-qəsddən danışması elə Rusiyanın artıq informasiya savaşında uduzması deməkdir. Yəni Simonyan, Salovyov, Keosayan, Qabrelyanov və bu cinsdən olanların uydurmalları Rusiyanın tənəzzülünü sürətləndirib…

Bu xəbəri paylaşın: