Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin (Avmvib) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev , daima həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri Tağıyev Rasət Əlkbər oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Arzu edirik ki, Rasət Tağıyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək xoşbəxt edəcək şəkildə keçsin.
Tağıyev Rasət Əlkbər oğlu 1974 -cü ilin may ayının 3- də İmişli rayonun Yalavac kəndində Ziyalı ailəsində anadan olub.
1992- ci ildə İmişli rayon Yalavac kənd I.Səfərov adına tam orta məktəbi, 1998 -ci ildə isə Bakı Dəmir yolu texnikomunu bitirib.
1992 — 1996 — ci illərdə Azərbaycan Ordusunun Ağdam, Ağdərə və Füzuli rayonları ərazisində yerləşən hərbi hisələrində müddətli həqiqi hərbi xidmətə olub.
O, Azərbaycan Respublikasının Ərazi bütövlüyü (Ağdərə, Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edib, 1994 -cü ilin sentyabr ayının 9- da isə döyüş əməliyyatlarında yaralanıb.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlir.

O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xəzər rayon şöbəsinin sədri vəzifəsini n öhtəsindən layiqincə gələrək kollektiv ictimaiyət, müharibə veteranları, dost -tanış ,qohum- əqrəba arasında özünə layiq hörmət qazanıb.
Hərbi xidməti və İctimai vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, xidmət etdiyi hərbi hissənin Birqada komandirinin, Xəzər Rayonun İcra Başçısının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin sədrinin, bir sıra Respublika İctimai təşkilat sədrlərinin müvafiq əmrləri ilə xatırə medalları və döş nişanları ilə təltif edilib, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RASƏT BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev











