Daha bir veteranımız Haqqa yürüdü…

Başsağlığı: Allah rəhmət eləsin!

Daha bir veteranımız Haqqa yürüdü. AVMVİB Füzuli rayon şöbəsinin üzvü, müharibə veteranımız Qəmbər Dadaş oğlu Şahbazov vəfat edib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov məlumat verib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi, AVMVİB Füzuli rayon şöbəsi rəhbərliyi və Fedai.az kollektivi müharibə veteranı Qəmbər Dadaş oğlu Şahbazovun vaxtsız vəfatıyla bağlı yaxınlarına dərin hüznlə başsağlığı verir və mərhuma Allahdan rəhmət diləyirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: