AVMVİB Beyləqan rayon şöbəsndə

Beyləqan rayonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəxri üzvü, 44 günlük Vətən müharibəsi günlərində daim müharibə veteranları ilə birgə olmuş və öz xeyriyyəçiliyini əsirgəməmiş Bulud Aslan oğlu Aslanov AVMVİB-nin təsis etdiyi «Milli Ordu -100» Xatirə medalıyla təltif edilib.

Təltif mərasimində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Diasporanın Prezidentə Dəstək İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Kamil Teymurov və müharibə veteranları iştirak ediblər.

Akif Həsənov və Əlövsət Məmmədov xeyriyyəçinin atası Aslan Aslanovun 1992-1993-cü illərdə daim döyüşən orduya yardım etdiyini xatırlatdılar. Bu ənənənin bu gün də davam etdirilməsi təqdirə layiqdir.

AVMVİB belə vətənpərvər insanların əməyini daim qiymətləndirməyə çalışır.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: